BEYNƏLXALQ BANKIN 50 MİLYONU DA FATMA ABDULLAZADƏDƏN ÇIXDI - Yeni iddialar  

Bu il iyunun 1-də Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər gerçəkləşdirildi, bəzi kadr islahatları həyata keçirildi. Bu dəyişiklik nəticəsində Prezident Administrasiyasında bir sıra vəzifəli şəxslər işdən azad edildi ki, onlardan biri də uzun illər Humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə oldu.

69 yaşlı Fatma Abdullazadə 1993-dən 2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu. Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

İşdən çıxarıldıqdan sonra “düşünürəm ki, danışmağa heç bir sözüm yoxdur. Xahiş edirəm, bir də mənə zəng etməyin” deyən sabiq məmur xanımın hətta paytaxt rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə göndəriləcəyi barədə xəbərlər də var. Amma yayılmış xəbərlərin yerini indi daha ilginc iddialar tutur. Bildirilir ki, Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub. Modern.az xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir. Qeyd edək ki, bir neçə gün öncə F. Abdullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi)  1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

Image result for Fatma Abdullazadə

Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

 “Yeni Müsavat” bildirir ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun və Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Miqrasiya Məcəlləsində qeyd olunur ki, Azərbaycan vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququ var. Bir qayda olaraq, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Lakin qanunla nəzərdə tutulmuş hallar istisnadır. Onlar aşağıdakılardır:

- Tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

- Məhkum edildikdə - Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya, cəzadan azad edilənədək;

- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

- Şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

- Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

- Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

- Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək".

Göründüyü kimi, əgər iddialar doğrudursa, bu o deməkdir ki, F.Abdullazadə haqda tətbiq edilən qadağa qeyd olunan birinci hala uyğun gəlir. F.Məmmədovun işdən çıxarılmasından dərhal sonra yayılmış borc xəbərinə nə sabiq nazir, nə onun yaxın ətrafı reaksiya verməyib. O cümlədən, sabiq şöbə müdirinin də bu barədə hər hansı açıqlaması olmayıb.

Günün sonunda Respublika Prokurorluğu F.Abdullazadə haqda belə bir qadağa olmadığını bəyan edib.

Axar.az isə yazıb ki, F.Abdullazadənin ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub. Sabiq şöbə müdiri Beynəlxalq Bankdan götürdüyü 50 milyon dollar  krediti ödəyə bilmədiyi üçün o, ölkədən kənara çıxa bilməyib.

635x100

Şərhlər

t.ədalət 2017-12-29 13:29:44

Bu quldurları haradan tapıb prezident aparatına və b.dövlət qurumlarına toplayıblar?Bunlara ziyalı demək mümkün deyil.Yalnız cinayət aləminin üzvləri belə olur.Onların oğurluğu məmurlar qədər olmur.Gör ,indi Xəzər Gəmiçiliyi,SOCAR,metropoliten,"Azərenerji",dəmir yolu,nazirliklər,Bakı kommunal təsərrüfatı və s. qurumlarda nələr baş verir?Oğurluqlara rəvac verilməsi məmurlara verilən"konvert pulu" hesabına oldu."Konvertə" iki min manat qoyanda,beş min yazdılar,beləliklə ,ölkə büdcəsinin qəbrini qazdılar...

Asim 2017-12-29 13:29:44

Rəhmətlik Sirus Təbrizli YAP-n dəqiq qiymətini vermişdir.....Görünür bu xəmir çox su aparacaq.Fatma o birilərə baxmış toya getməlidir.Bunlardan bir nəfəri görün məhkəmədə nə deyir-elə üstümdə 500000 dollar vardı, çıxarıb verdim.Elə bil 500000 dollar 5 manatdır.Halbuki biz pulsuzluqdan günlərlə işıqdan, qazdan istifadə etmirik.

Vetendash 2017-12-29 13:29:44

Niye pulu yoxdu. Usaq lagerini alib yerinde ozune ve quadsiba villa tikdire bilir. Bakiin her gozel binada evleri. Usaqlarida xaricde kefde. Niye yoxudu imkani

Azad Cəbrayıllı 2017-12-29 13:29:44

Belə də hədyanlıq olar? Axar.az haradan haraya axırsa da, Azərbaycanı, onun PA-nın dünənini və bu gününü də çirkləndirir. Bu İrəvanın "İkra atmacası"nın davamı deyilmi? Amma, məhkəmə tərəfindən təsdiqlənməyən bu xəbərə elə 51 milyon manatlıq məhkəmə iddiası qaldırmaq lap yerinə düşərdi? Axar.az yumorist deyilmiş, satirik reketmiş? Yoxsa, bu xanım da rəhmətlik İlhamə Quliyevanın "Humanizm monopoliyası"na girmək istəyirmiş?

Vətəndaş 2017-12-29 13:29:44

Bunların içərisində bir təmizi varmı? YAP özünü rüsvay etdi.YAP-çılar Azərbaycan xalqını soymaq üçn partiya yaradıblarmış.Hələ yəqin ki,ardı var.Allah bu millətə yardımcı olsun.Amin...

dadaşyev 2017-12-29 13:29:44

Zamanında bilsəydim ki,millətimin övladları çapqınşılığa,oğurluğa,el malını gəmirməyə,yetim malı yeməyə bu qədər hərisdi,vallah-billah sevməzdim millətimi.Neynim ki Sovet dövründən aşiqi olmuşam millətimin.O eşqin,o sevginin "özü yanıb kül olub,xatirəsi əbədi qalıb".Heç kimi sevəmmirəm artıq.Sadəcə,xatirələr küllüyündə oynayıram.Nəyini sevim bu murdar cəmiyyətin?Qoca nənədi,PA kimi yüksək qurumun işçisi olub iyirmi il,amma əməllərinə bax.Heç kim də görməyib.Ağbirçəyimiz belədirsə cavanlarından nə gözləyim?

Cavanşir 2017-12-29 13:29:44

Bəs ölkənin nəzarət.hüquq mühafizə və digər orqanları bu 25 ildə harada və niyə gizləniblər? Məsələnin Prezident Administrasiyasına qədər gedib çıxmasının nədən xəbər verdiyini anlayan varmı? Bir kiçik müəssisədə xırda cinayət faktı olanda müəssisə rəhbərindən sorğu olunur.Bəs indi kim cavab verməlidir? Niyə ölkədə uzun illərdir soy-ha-soya icazə verilib? Axı bu bir günün.ilin işi ola bilməz.

Dadaşova 2017-12-29 13:29:44

Sən niyə zənn edirsən ki,bunlar Azəri evladlarıdı.Yanlışın vBir bunu da düşün və öz millətində qəbahət axtarma."Fatma"nın qardaşı Ukraynada kilsədə yepiskop,özü isə Azərbaycan pasportu ilə təmin olunmuş... olduğu halda sən necə bunu öz millətin hesab edə bilərsən.Axı təkcə Bakıda.... Ölkni soyanlar bizlərdən deyil.Buraya soxulan və soxuşdurulan əcnəbilərdir.Yazıq edilmiş Azərbaycnlıların adı çıxır

Hikmet 2017-12-29 13:29:44

Peygenber evendimizin bir söznü bu hakimyete deyimki cennet xalqı icinde gezen cehennem ise qorumalarınnan cezen rehberler olacaq haq dünyasında

Həsənbala 2017-12-29 13:29:44

Fatma beynəlxalq Bankdan girovsuz götürdüyü pul 50 mil. o biri iri balıqların yanında heçnədir. Milli Bankın sədrinin götürdüyü 700 mil. pul 2012-2014-də Tbilisidə 5772 kv.m mənzilin tikintisinə sərf olunub Hacı İbrahim 620 mil. pul götürmüşdü "Xəzər adaları" tikmək adıilə.Başqa generallara və onların qohumları da eləcə Kimin hünəri var onların adlarını çəksin. Qanun varsa hamıya tətbiq edilsin.Təkcə Gahangiri həbs etməklə iş bitmədi.Əsl oğurular indi də iş başındadırlar Onların hamısını Yeni il münasibətil

Qafqazli 2017-12-29 13:29:44

Beynəlxalq Bankın sabiq sədri G.Hacıyev də əlində BB-a borcu olan vəzifəli şəxslərin siyahısını prezidentə təqdim etmək istərkən ona imkan vermədilər ki, həqiqətlər dövlətin başçısına çatdırılsın. Bu siyahıda nüfuzlu generallardan tutmuş, Rusiyadakı konsulumuza qədər şəxslərin adları və girovsuz götürdükləri milyonların statistikası yer almışdı. Budur, bu vəzifəlilərin adları bir bir ictimaiyyətə sızdırılır.Maraqlı burasıdır ki, təkcə G.Hacıyevi bu işdə cəzalandırdılar guya Bankın bütün pullarını o kreditə

Aydin Aydin 2017-12-29 13:29:44

Bu werefsizler ermeniden de namerd cixdilar.Ermeni hec olmasa silahla ustumuze gelib torpagimizi aldi.Bunlar komfortlu kabinetlerde oturub tulku kimi milleti ogurlayirlar.Naziri ogru,agsaqqali ogru,indide melum olurki AGBIRCEYIde ogru.Yalancidan,ogrudan vetendaw,xususile memur olmaz.Fikirlewin,sizinle heyat qurtarmir.Balalarinizi,nevelerinizi,gelecek neslinizi lenetleyecekler.Millete yaziginiz gelmir hec olmasa onlara bexatir STOP

MAKSİMUS 2017-12-29 13:29:44

BU VƏZİFƏLİ ŞƏXSLƏRİ BAŞA DÜŞMƏK ASAN DEYİL.HƏMİN ŞƏXSLƏRİN YERİNƏ KİM OLSAYDI ANCAQ CİBİNİ,SANDIĞINI VƏ BAŞQA YERLƏRİNİ PUL,QIZIL VƏ DOLLARLA DOLDURARDI.VƏZİFƏDƏ İŞLƏMƏYİN TƏMİNTI QANUNSUZ YOLLA VARLANMAĞA ŞƏRAİT YARADILMASIDIR.HƏR BİR VƏZİFƏLİ ŞƏXS DÖVLƏTİN SİYASƏTİNİ VƏ İQTİSADİ İMKANLARI TƏRİFLƏYİR.BU TƏRİFİN MƏQSƏDİ MƏLUMDUR.HƏMİN VƏZİFƏLİ ŞƏXS VƏ YA DEPUTAT STƏDİYİ KİMİ VAR DÖVLƏT YIĞIR VƏ QAZANMAQ ÜÇÜN HƏR BİR ŞƏRAİT YRADILIB.ÇOX YAZMAQ OLAR.ANCAQ MƏNASI YOXDUR....

Suleyman 2017-12-29 13:29:44

Fatma xanim cox leyaqetli ve comerd bir xanimdir,savadina ise soz ola bilmez.Ehtiyaci olanlarin elinden tutur hemishe.Bizim bu agilli jurnalistler agizlarina gelenleri yazmaqda ve yaxmaqda birdiler.1 sayt yazib bunu butun saytlarda copyaliyib ordan.Bax bizim metbuatimiz budur.yixilani vurmaqda 1 denedirler.arada oz vicdan ve serefinizede nezer salin

Qafqazlı-ya 2017-12-29 13:29:44

Bu qədər il davam edən talançılıq,rüşvət və siyğunçuluq necə nəzarətdə olmaya bilər.Ehtimalan apatın işi belə təşkil olunub.hər kəs o birinin əməllərini bildiyindən məsələnin üstünü açmaq istəyən olmayıb.Bu bəlli məsələdir.

Qafqazlı-ya 2017-12-29 13:29:44

Sən də deyirsən Hacıyevin siyahisini gizlətdilər.Hacıyev Beynəlxalq bankda neçə il oturub? Bəs prezident neçə ildir? Orada uzun illər baş verənəri Prezidentin bilməməsi bir az inandırıcı görükmür.Ölkənin əsas əməliyyat aparılan (həm də xariclə) bankından milyonların,milyardların ötürülməsi diqqətdən kənarda qala bilməz!Bundan başqa BB-ın pullarının kimlərə və nə miqdarda girovsuz kreditini Hacıyev göstərişsiz verə bilməz.İndi görürsən ki.bu kreditlərin səsi haradan gəlir. Hacıyev bunlara qurbanlıq gedib.

Suleyman 2017-12-29 13:29:44

Sen kimsen bilmirem oturub burda hamiya cavab verirsen.uwaq uwaq daniwirsan e 50 milyonu goturub BB bankdan filan.bunu hec bir resmi qurum tesdiq etmiyib.yoxe bagiwla axi Fatma xanim pulu alanda ona sen zamin durmuwdun ve her weyi bilirsen.eger bu gun iwden cixanlara sabah vezifeye teyin etseler demeli senin ve senin kimilerin yazdiqlari pulemekden bawqa bir wey olmuyacaq.

Süleyman-a 2017-12-29 13:29:44

Comərd xanım bir milyonu hədiyyə alır.50 milyonu isə girovsuz kredit götürüb arxasından keçir.Nəticədə C.Hacıyev türmədə. Bax,səncə ləyaqət və comərdlik bununla ölçülür.Afərin! Yıxılan adam bu milyonlarla ayaq üstə qalar.Narahat olma! Çünki ölkə dərəbəylik. Hələ gör ortaya çıxmayan nələr var.

Qafqazlı-ya 2017-12-29 13:29:44

Ölkədə baş verən,saytlarda,televiziyada hallandırılan bu işlərdən ölkə rəhbərliyinin xəbəri olmaması bir az şübhəli deyilmi?

Son yazılar