İsrail YUNESKO-dan çıxır

YUNESKO-nun baş katibi Odre Azule İsrailin hakimiyyət orqanlarından bu ölkənin təşkilatın sıralarından çıxması ilə bağlı bildiriş alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə baş katibin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

"YUNESKO-nun baş katibi olaraq, 31 dekabr 2018-ci ildə İsrailin təşkilatdan çıxması ilə bağlı bildiriş almışam. Çox təəssüf edirəm. Çünki dövlətlət məhz YUNESKO-nun tərkibində, onun xaricində yox, təşkilatın kompetensiyalarına aid sahələrdə fikir ayrılıqlarını həll etməkdə kömək əldə edə bilər", - deyə bəyanatda bildirilir.

Oktyabrın 12-də ABŞ YUNESKO-dan çıxdığını elan edib. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu da bu ölkənin təşkilatdan çıxmasına hazırlıq görülməsini tapşırıb.

Qeyd edək ki, İsrail YUNESKO-ya 1949-cu ildə daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar