Amnesty İnternational: Seçkilər repressiyalar fonunda keçir

img1501098Hədələr, pis rəftar, qanunsuz həbslər, saxta ittihamlar və ədalətsiz məhkəmə qərarları Azərbaycan hakimiyyətinin 9 oktyabr prezident seçkiləri ərəfəsində təzyiqinin bir hissəsidir. Bu barədə Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Demək olar ki, hər gün vətəndaş cəmiyyəti fəalları həbslərə məruz qalır və onlara qarşı ittihamlar irəli sürülür. Bu, o qədər tez-tez baş verir ki, hətta vəziyyətin ağırlığını qiymətləndirmək belə çətindir”, - deyə Amnesty İnternational-n Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalussen bildirib.

“Biz artıq 14 nəfəri “vicdan məhbusu” kimi tanımışıq, onlar yalnız öz fikirlərini azad şəkildə ifadə etdiklərinə və dinc etiraz aksiyalarında iştirak etdiklərinə görə barmaqlıqlar arxasındadırlar”, - bəyanatda bildirilir. Amnesty International bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. /Amerikanın səsi/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar