DAHA BİR İDMAN FEDERASİYASI İLƏ BAĞLI QALMAQAL – Eyni idman növü üzrə 3 federasiya yaradılıb

Azərbaycanda daha bir idman federasiyasında dövlət qurumlarının tutduğu anlaşılmaz mövqe səbəbindən qalmaqal yaşanır.

Bu haqda Strateq.az-a göndərilən məktubda ətraflı bəhs olunur.

Məsələnin qısa məğzi belədir ki, Gənclər və idman naziri Azad Rəhimovun imzası ilə Azərbaycanın Ədliyyə Nazirliyinə məktub göndərilərək, Rövşən Həsənov adlı şəxsin rəhbərlik edəcəyi “Miksd Martial Arts” ("Qarışıq Döyüşlər Sənəti") adlı yeni federasiyanın təsis edilməsi xahiş olunub. Ədliyyə Nazirliyi də nazir Azad Rəhimovun xahiş məktubu əsasında, sözügedən federasiyanın təsis edilməsinə razılıq verib. Hazırda bu təşkilata Rövşən Həsənovun göstərişi ilə Maqsud Əsgərov sədrlik edir.

Rövşən Həsənov

Məktub müəlliflərinin iddiasına görə, məsələnin rüsvayçı və qanuna zidd tərəfi ondan ibarətdir ki, nazir Azad Rəhimov ya bilərəkdən, ya da bilməyərəkdən, eyni idman növü üzrə 2 federasiyanın mövcudluğuna və həmin federasiyaların da yaradılması haqda məktublarının olmasına baxmayaraq, qanunun tələblərinə zidd şəkildə üçüncü federasiyanın yaradılmasına zəmin yaradıb.

Kənan Məmmədov

Bildirilir ki, sözügedən təşkilatların içərisində yalnız Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası” (Azərbaycan MMA) legitim hesab olunur: "Çünki “Azərbaycan MMA” 2011-ci ildə qeydiyyatdan keçib və Azərbaycan Milli Olimpiya Komitəsi (MOİK) tərəfindən tanınır".

Bütün bunlara baxmayaraq, 2012-ci ildə də Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin xahişi ilə Gənclər və İdman Nazirliyi “Azərbaycan Pankration Federasiyası”nın əsasında eyni idman növü üzrə “Pankration, Qraplinq, MMA Federasiyası” adlı yeni növbəti federasiyanın yaradılmasını da həyata keçirib: "Nəticədə, bununla da Azərbaycanda qanunun tələblərinə zidd olaraq, "Miksed Martial Arts" idman növü üzrə, ən azı, 3 federasiya fəaliyyət göstərir".

Məktubda göstərilir ki, ümumiyyətlə, ayrı-ayrı beynəlxalq federasiyası olan 3 idman növünü bir arada birləşdirən federasiyanın yaradılması “Bədən tərbiyəsi və idman haqqında” AR qanununun 10-cu maddəsinin 2-ci bəndinin kobud şəkildə pozulması deməkdir: "Həmin qanunda açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikası (AR) ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik və ya federasiya qeydiyyatdan keçə bilər. Ona görə də qərargahı Londonda yerləşən Beynəlxalq MAA Federasiyası nə Azad Əsgərovun, nə də Maqsud Azadovun rəhbərlik etdikləri federasiyaları deyil, məhz 2011-ci ildə qeydiyyatdan keçmiş və hazırda Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası”nı (Azərbaycan MMA) tanıyır".

Qeyd edək ki, redaksiyamıza ünvanlanmış məktubda yeni federasiyanın yaradılmasının səbəbləri, həmçinin Gənclər və İdman naziri Azad Rəhimovdan adbaad kimlərin xahiş etdiyi və xahiş edənlərin də Rusiyadan kimlərlə əlaqəli olduğu haqda da maraqlı iddialar yer alıb. Ancaq həmin iddiaların nə dərəcədə əsaslı olduğunu hələlik sübuta yetirmək imkanımız olmadığından, məktubun həmin hissələrini yayınlamamq qərarına gəldik.

Mövzunu davam etdirəcəyik.

635x100

Şərhlər

S.Holms 2017-12-30 01:18:43

. Bele Oqurlayirlar da! Derebeylik olan, Qanunlarin ancaq Kasiblara Samil edilen, Analoqsuz, yiyesiz, Allahsizlardan ibaret Olke ----- Sistem!

niyameddin 2017-12-30 01:18:43

hansi komiteni teshkilati nazirliyi yoxla hamisi berbad gunderdir.kontrol yoxdur

Mikayıl 2017-12-30 01:18:43

Elə bilirsiniz təkcə bu nazirlikdə belə hallar var?Təcrübəsiz,ixtisası uyğun olmayan,rəhbərlik etdiyi sahəni şəxsi biznesi kimi görən, təkcə İdman və Gənclər nazirliyidir? Elə nazirliklərimizin hamısı elə bu gündədir.S.Holms düz buyurub.

məmmədqulu 2017-12-30 01:18:43

Gələn ilki "Bakı-bataqlığı=Formula-99" üçün A.Rəhimova pul lazımdır. Nöyüt ucuzdur,bu na görə ona kisədən artıq pul vermirlər. O formulada oturan "Patrik Hikki"lər mani-manini indi daha çox istəyirlər. Axı onlar çoxdandır ki, "Məşədi İbadın" pul paylamasına öyrəşiblər. İndi verməsən olmaz axı!! Egibdir. P.S. Bir də ki, dədələrinin pulu ha vermirlər, bədbəxt millətin pulunu dağıdırlar. Patriklər yeyən onlara xoşdur, məmməd yeyən də isə bunal iflic olurlar.

Son yazılar