ŞİMALİ KOREYANIN NEFTLƏ “VURULMASI” - “Əgər sanksiyalar yerinə yetirilərsə...”

Nüvə silahı və raketlərin hazırlanmasını inadla davam etdirən Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya) qarşı ən səmərəli iqtisadi təzyiq enerji resurslarının çatdırılmasının məhdudlaşdırılması hesab edilir.

Hal-hazırda tətbiq edilmiş sanksiyaları sərt şəkildə yerinə yetirmək və KXDR-ə qarşı beynəlxalq koalisiyanı möhkəmləndirmək çox vacibdir. BMT Təhlükəsizlik Şurası KXDR-in noyabr ayında Qitələrarası Ballistik Raket buraxılışını kəskin tənqid edib. Elə bu səbəbdən də, Şimalı Koreyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı yeni qətnamə yekdilliklə qəbul olunub.

Sanksiyaların təşəbbüskarı ABŞ-dır. ABŞ Şimali Koreyaya qarşı təzyiqin gücləndirilməsinə passiv yanaşan Rusiya və Çinin razılığını ala bilib. Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Besyö məsələ ilə əlqədar bildirib: ”Dünya ictimaiyyəti KXDR-in ixtiyarındakı nüvə silahını tərkisilah etmək üçün maksimal təzyiq göstərilməsi arzusunda olduğunu ifadə edib”.

Kem Çen In administrasiyası nüvə silahının hazırlanmasını sona çatdırdıqlarını bildirərək, ABŞ ilə gərginliyi gücləndirir. Hətta BMT rəhbərinin müavinin KXDR-ə səfəri Pxenyanın dialoqa gedəcəyi və perspektivdə isə nüvə silahından əl çəkəcəyini göstərmir. Ona görə də, əlavə sanksiyaların tətbiqi tamamilə təbiidir. Şimalı Koreyanın sentyabrda keçirdiyi nüvə sınağı ilə bağlı qətnamədə BMT ilk dəfədir ki, neft sanksiyalarına baş vurur. Bu dəfəki sanksiyaların bu cür sərtləşdirilməsi yüksək dəyərləndirilməlidir.

Şimalı Koreyaya kerosin, dizel yanacağı və digər neft məhsullarının illik ixracı 500 min barelədək azaldılıb. Bu o deməkdir ki, indiki 4,5 miliyon barellik həcm 90%-dək aşağı düşəcək.

Şimali Koreya ordusunun müəyyən yanacaq ehtiyatı var, amma ekspertlər hesab edirlər ki, bu yanacaq mülki ehtiyacları ödəmək üçün yetərli deyil. Əgər sanksiyalar yerinə yetiriləcəksə, onda bu ağır qış dövründə vətəndaşların həyatına hədsiz neqativ təsir göstərəcək. Belə addım iqtisadiyyatı yenidən qurmağa can atan Kim Çen Inın avtoritar sisteminə zərbə vuracaq.

BMT Şimalı Koreyaya ixrac olunan neftlə bağlı, sentyabr qətnaməsinin üzərindən hərəkət emək qərarına gəlib. Həmin qətnamədə deyilir ki, əgər nüvə sınağı və digər təxribatlar davam edərsə, onda neft sanksiyaları gücləndiriləcək.

KXDR Qitələrarası Ballistik Raket buraxdıqdan sonra ABŞ prezidenti Tramp Çin rəhbəri Si Çzinpindən KXDR-ə neft nəql etdirilməsini dayandırmağı tələb edib. Çin Şimali Koreyada qeyri-sabitlik yarana biləcəyindən ehtiyat edərək heç bir tədbir görməyib. Hazırkı qətnamədə Pxenyanın dənizdən qeyri-qanuni yolla neft alması faktı qeyd olunur. Çin, Şimali Koreya gəmilərini təftiş etmək də daxil olmaqla, bu cür boşluqları aradan qaldırmaq kimi öhdəliyi yerinə yetirməlidir.

Xarici ölkələrdə valyuta qazanan KXDR işçilərinə gəldikdə isə, bütün ölkələr iki il ərzində onları deportasiya etməlidirlər. Sentyabr qətnaməsində yalnız yeni iş yerlərinə icazə verilməsinə və köhnələrin uzadılmasına qadağa qoyulmasından söhbət gedirdi.

Öz işçilərini xaricə göndərmək hesabına KXDR ildə 500 milyon dollardan artıq pul qazanır. İndiki qətnamə sayəsində həmin gəlir azalacaq. KXDR nüvə sınaqları keçirdiyi və ballistik raketlər buraxdığı zaman, müvafiq olaraq hər dəfə sanksiyaları gücləndirmək lazımdır. Bu Şimalı Koreyanı öz siyasətini dəyişməyə məcbur edə biləcək yeganə üsuldur.

(“İomiuri Simbun” - Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar