TƏHSİL NAZİRİNİN MÜAVİNİ VERGİLƏRƏ GETDİ - Prezident sərəncamı yoxdur, amma...

Azərbaycan Vergilər Nazirliyində yeni nazirin gəlişindən sonra yeni komandanın formalaşdırılması prosesi davam edir. Xəbər verdiyimiz kimi, yeni nazir Mikayıl Cabbarov artıq bir neçə təyinata imza atıb, Təhsil Nazirliyindəki komandasının bir neçə üzvünü Vergilər Nazirliyinə transfer edib. Məsələn, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Təhsil Nazirliyindən Vergilər Nazirliyinə hələlik ən diqqətçəkən transfer isə dünən - dekabrın 29-da baş tutub. "AzPolitika.info"ya daxil olan məlumata görə, Təhsil nazirinin müavini Mətin Eynullayev dünəndən etibarən Vergilər Nazirliyində işə çıxmağa başlayıb. Maraqlıdır ki, Mətin Eynullayevin Təhsil nazirinin müavini vəzifəsindən azad olunması haqda Prezident sərəncamı hələ ki, elan olunmayıb. Lakin o, artıq Təhsil Nazirliyindəki fəaliyyətini dayandırıb və Vergilər Nazirliyində işə çıxır. Çox böyük ehtimalla, müvafiq sərəncam bayram günlərindən sonra elan olunacaq.

Mətin Eynullayevin Vergilər Nazirliyində hansı postu tutacağı haqda məlumat yoxdur. Lakin ehtimal ki, o, burda da nazir müavini olacaq.

Mətin Eynullayev Təhsil nazirinin müavini vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu. Bunadək o, Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu.

M.Eynullayev uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib.

Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

İ.Mustafaoğlu 2017-12-30 13:00:06

Vətəndaşların şikayətinə məmurlar və onlara nəzarət edən qurumlar tərəfindən baxılmır ?Bu səbəbli məmurlar tərəfindən dövlətin milyonları çox talan olunacaqdır? Bir dövlətimizi sevən vətəndaş kimi deyə bilərəm ki,vətəndaşların şikayətinə obyektif baxılsa,dövlət əmlakının talan olunmasının qarşısı alınmış ola bilər. Respublikamızda fəaliyyət göstərən Səhmdar Cəmiyyətlərin hansı biri öz Səhmdarlarına qanuni dividentini ödəyib?Çünki Vergi Əməkdaşları qanunlarımıza əməl etməyib,öz maraqlarını hər şeydən üstün t

Adam 2017-12-30 13:00:06

Hər yerdəyişmədə eks nazir öz komandasını yenə başına yığacaqsa daha niyə əziyyət verirlər o qədər insan oradan-oraya köçhaköçdə qalır

Amon 2017-12-30 13:00:06

Onda fazil memmedovuda tehsil naziri qoysunlar qurtarsin

hərbi pensiyaçı 2017-12-30 13:00:06

Bu komanda təhsili "düzəldib" indi də vergiləri "düzəldəcək"! El bizim sirr bizim! Təhsil nazirliyindən başqa yerdə kadr yoxdur?

Zəngəzur Mahalı 2017-12-30 13:00:06

Elə bütün "vergi dəstəsi"ni "təhsil dəstəsi" əvəzləsin. Çevriliş lazımınca qəti səslənmir. Qarabağın azərbaycanlılara qarşı "Hay perevorotu" A.Vəzirovdan sonra aramsız davam etməkdədir.

Fazil 2017-12-30 13:00:06

Bunlar əhali ilə zarafat edirlər.Təhsili M.Cabbarov nə günə gətirdi ki,indi vergiyə keçdi. Hamı Misirə rəhmət oxuyur.Balam,bu ölkədə ciddi,yararlı kadrlar tapılmır? Axı vergi məktəb,universitet deyil.Orada ciddi,,konkret bilik,təcrübə və iş qabiliyyəti tələb olunur. Bəs Cabbarovun boş baqajı ilə vergi kimi ağır sahəni idarə etmək olar? Axı orada və vergi ödəyiciləri içərisində sözə məcbur olaraq müəllimlər kimi tabe olanlar yoxdur.Orada qanun,tələhər iki tərəfli ciddi tələb olunur.

Bilo 2017-12-30 13:00:06

Tehsil naziri qurban qurbanov olsun aparat rehberi emrah celikel tehsil sobesinin mudiride resad sadiqov

Oxucu 2017-12-30 13:00:06

İndiki zamanda mütexessis olmaq vacib deyil. Esas odur ki, bali ve baş üste terminlerini yaxşı bilesen. Menim fikrimce, düşünürem ki, yaxşı olardı ki,daha doğrusu kimi sözler leksikondan çıxarmalısan. Onda nazir de olarsan, lap muzey direktoru da...

BAKILI 2017-12-30 13:00:06

Vergi spesifik sahesidir.Her iqtisadci vergici ola bilmir.Onda qala tehsil iscisi vergi siyaseti apara.Vergide de kurikul tetbiq ederler.Demek bizde idareetme ucun ixtisas ve savad, lazim deyilmis.Otra mekteb sagirdi de istenilen nazirliyi idare ede biler.Teki xarici dil bilsin vsyo.

ali 2017-12-30 13:00:06

Henrix Himler.Niyə bu nasist mənim yadima düşdü?

edik 2017-12-30 13:00:06

ALLAH özu köməyimiz olsun

Vasif 2017-12-30 13:00:06

Mikayıl Cabbarov universal mütəxəsisdir. Onu kənd təsərrüfatı naziri təyin etmək lazımdır ki, Sahələrdən yığılmamış pambığı yığdırsın, 100 inəkdən 150 bala ala bilsin və c. yeni bitki sortları yetişdirsin. analoqu olmayan inkişaf olsun.

Hafiz 2017-12-30 13:00:06

HEÇ KİMƏ HEÇ NƏ DEMİRƏM. DEYƏSƏN ÖZÜM XƏSTƏYƏM,MÜALİCƏSİ DƏ YOXDUR.

Abit 2017-12-30 13:00:06

Ağır adama oxşor,nese edecek.Bax bele kadrlar lazımdı

Bəhlul Xanəndə 2017-12-30 13:00:06

Biz-zıravi vətəndaşlar qısqanırıq. Elita isə 50-100 ildən gəlir, rus, əcnəbi dilləri bilir və indi İnsanı kapital qoyurlar. Akademik, heç bir qanunla hesablaşmayan ASC sədrləri, bankir, deputat, naşir, nasir, ekoloq və biznesmen müasir meyvələr kimi xarici və digər mühitlərdə özəl çeşiddə yetışdrilib təyin edilir. Axı, bu Prezidentərin səlahiyyətidir! "Qara camaat"ın nə işinə?

Son yazılar