Vladimir Putin  İlham Əliyevi təbrik edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayaraq bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olduğunu qeyd edib.

V.Putin iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib. Rusiya prezidenti qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir.

635x100

Şərhlər

Koxa 2017-12-30 14:00:14

Bizim yeni ilmiz mübarek ancaq seni yeni ilin 2017 ci ilnen son olsun gelen ili bizi başqa rusya prezdenti tebrik etsin..

Son yazılar