İşsizlik müavinəti LƏĞV EDİLDİ

iste_haziran_ayi_issizlik_rakamlariGələn il yanvarın 1-dən işsizlik müavinəti ləğv olunacaq, bu, işsizlikdən sığorta ödənişi ilə əvəz ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 5 avqust 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun yanvarın 1-dən tətbiq edilməsi ilə bağlıdır.

İşsizlikdən Sığorta Fondundan işsizlikdən sığorta ödənişi veriləcək. Nazirlər Kabineti bununla bağlı “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” və “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarlarında müvafiq dəyişiklik edilib.

635x100

Şərhlər

Səid 2017-12-30 14:36:26

kasıblar üçün yaxşı nə varsa ləğv edilir. Bu ölkə varlılara raüvətxor məmulara deputatlara talançılara işləyir.

Son yazılar