Yaponiya hökuməti məktəblilərin diqqətini Rusiya ilə Kuril mübahisəsinə yönəldir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Yaponiya hökuməti məktəblilərin diqqətini Rusiya ilə ərazi mübahisəsinə yönəltməyi planlayır.

Bunun üçün ölkə boyu orta və böyük yaşlı şagirdlərin Kuril adalarının cənub hissəsinə yaxın olan Yaponiya şəhərlərinə xüsusi tədris turları təşkil olunacaq. Şəgirdlər orada yerli sakinlərlə ünsiyyət və «şimal əraziləri»nə (Kurilin cənub hissəsi - red.) baxış keçirmək imkanı əldə edəcəklər. Belə turların xərci dövlət büdgəsindən ödəniləcək.

Məlumat üçün bildirək ki, İkinci dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsinin işlənib hazırlanması imtiqamətində Moskva və Tokio uzun önilliklər boyunca məsləhətləşmələr aparırlar. Bu istiqamətdə əsas məneə Kuril adalarının cənub hissəsinin kimə məxsusluğu problemidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar