Jirinovskinin son 6 ildə qazandığı pulların məbləği açıqlanıb

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskinin son 6 il ərzində qazandığı pulların məbləği açıqlanıb.

Virtualaz.org TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı RLDP sədri prezident seçilərində namizədliyi qeydə alınarkən Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Həmin məlumatlara əaasən, bu müddət ərzində Vladimir Jirinovski 98 milyon rubl (təxminən 3 milyon manat – red.) qazanıb.

Bu məbləğə Dövlət Duması deputatının maaşı, bir neçə ali məktəbdə aldığı əməkhaqqı, pensiya, müəllif qonorarları, əmlak satıçından əldə edilən gəlir və qiymətli kağızlara yatırılmış vəsaitdən alınan faizlər daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar