"Putin Söyün Sadıqov kimi xırda məsələlərlə məşğul olmur" - Qalmaqal

Rusiya Azərbaycanlılarının Federeal Milli-Mədəni muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, Nijo-novqorod vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasovun Avropa.info-ya müsahibəsini təqdim edirik.

- Söyün Sadıqov Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr surasindan istefa verib. Bunu necə şərh edərsiniz?

- Söyün Sadıqov artıq il yarımdır ki, Azərbaycanlılarin Federal milli-mədəni muxtariyyətinin prezidenti deyil. Sizə məlumdur ki, Rusiya hökuməti olkədə fəaliyyət göstərən bütün Azərbaycan təşkilatlarından yalnız "Azərros"u tanıyır. Ona görə də Rusiya azərbaycanlılarını dovlət strukturlarinda "Azərros"un prezidenti təmsil edir.

Dediyiniz şurada Söyun Sadiqov 2013-un əvvəlindən Asif Məhərrəmovla əvəz olunmali idi. Ancaq bu şurada rotasiya 4 ildən bir olduğundan, bu məsələ indiyə kimi gecikdi.

"Azərros"un keçmiş prezidenti S.Sadıqovun guya V.Putin tərəfindən şuradan cıxarılmasi barədə deyilənlər jurnalist uydurmasıdır. İnanın ki, V.Putin bu şuralarda kimin kimlə əvəz edilməsi məsələlərindən xəbəri belə yoxdur. Ona görə ki, prezident yaninda onlarca belə hec bir səlahiyyəti olmayan qurum var. Rusiya prezidenti belə xırda məsələlərlə məşğul olmur. Bu şuranın iclası altı ayda bir dəfə olmaqla prezident V.Putin tərəfindən deyil, Məhəmmədsalam Məhəmmədov tərəfindən aparılır.

- Söyün Sadıqov zaman-zaman Azərbaycan hakimiyyətinə qarşı sərt üslubuyla seçilib. Nəzərə alsaq ki, o, Putinin səlahiyyətli nümayəndəsidir, bu zaman belə qənaət formalaşır; Söyün Sadıqov Rusiyanın ən yetkili siyasi xadiminin dilindən danışır. Doğrudanmı Rusiya hakimiyyəti Azərbaycana münasibətdə bu qədər barışmaz mövqedədir?

- Butun diaspor rəhbərləri kimi, S.Sadıqov da seçki dövründə prezidentliyə namizəd V.Putinin səlahiyyətli nümayəndəsi idi. Secki coxdan bitib. O, heç vaxt nə V.Putinin mətbuat katibi, nə də ki, xarici işlər nazirliyinin əməkdaşi olub. Ona görə də S.Sadıqovun prezident seçkilərinə aid olmayan məsələlərdə dilə getirdiyi fikirləri Kremlin movqeyi kimi deyil, onun şəxsi fikri kimi qəbul etmək lazimdir.

- Siz Söyün Sadiqovun dediklərilə həmfikirsinizmi?

- Doğrusu, mən onun musahibə və bəyanatlarini coxdan izləmirəm. Onu deyə bilərəm ki, Rusiya hokumətinin Qarabaq məsələsində ermənipərəst mövqeyindən naraziyam və hər bir rusiyalı azərbaycanlının da bu məsələdə mənim kimi düşündüyünə də əminəm .

- Bizdə olan məlumata görə bir il bundan əvvələ qədər Söyün Sadıqovla yaxın münasibətləriniz olub. Bu gün ki, soyuqluğun səbəbi nədir?

- Mənim S.Sadıqovla yaxn münasibətim birlikdə işləməyimizlə bağlı olub. Bir həmkar kimi bir çox məsələlərdə həmfikir olsaq da, dost olmamışıq. Ona görə də S.Sadıqov "Azərros"dan gedəndən sonra bizim münasibətlərimiz demək olar ki, kəsilmişdi.

- RATİ-dən niyə heç bir xəbər eşidilmir?

- Heç nə eşidilməməsi ücün siz Azərbaycan jurnalistləri hər şey etdiniz . Ancaq mənim fikrimcə, RATİ Rusiyada güclü Azərbaycan diasporu yaradilmasi ucun qurulub. Lakin Azərbaycanda siz jurnalistlər vasitəsi ilə aparilan yanlış kampaniya onu elə beşikdəcə boğdu. Belə ki, A.Abbasovun və RATİ-nin digər üzvləri haqqında böhtanlar, iftiralar yağmağa başladı. Bu insanların xeyirxah niyyətləri Azərbaycan əleyhinə düşmənçilik kimi qələmə verdilər. Ona görə də həmin insanlar öz-özlərinə dedilər: “Xalqa xidmət düşmənçiik kimi başa düşülürsə, bu bizim nəyimizə lazımdır?” Nəticədə biz böyük bir şansdan məhrum olduq.

- Siz demək istəyirsiniz ki, Azərbaycan diasporu Rusiyada zəifdir?

- Sözün tam mənasında diaspor Rusiyada ermənilərin var. Onlar birləşmiş, təşkilatlanmış savadlı və öz işini bilən qurumlara malikdirlər. Lakin azərbaycanlıların Rusiyada nə güclü, nə zəif olmaqla demək olar ki, diasporu yoxdur. Yalan görüntü yaratmag cəhdləri var. Rusiyanın cəmi 3-4 regionunda diaspor deyilə biləcək təşkilatlar var. Onlar az olsa da, böyük işlər görürlər. Lakin Rusiya kimi nəhəng dövlətdə, onlar dəryada bir damla kimidir.

- Belə bir sitatusiyanın yaranma səbəbi nədir?

- Bunlardan bir neçə səbəb var. Birincisi, bu bizim xalqın mentaleteti ilə bağlıdır. Əgər bir şəhərdə on min azərbaycanlı yaşayırsa, onlardan 100 nəfəri rəhbər olmağa çalışır. Əgər bir qrup nə isə yaratmağa çalışırsa, digər qrup əldə edilmiş uğuru dağıtmaq, yox etmək üçün malından-pulundan kecir.

İkincisi, imanlı şəxslərin və vətənpərvərliyin az olması.

Üçüncüsü, Azərbaycan hakimiyyəti tərəfindən diaspor təşkilatlarına diqqətin az olması.

- Ermənilər tərəfindən Azərbaycan təşkilatının fəaliyyətinə hər-hansı bir maneçilik varmı?

-Xeyr! Ermənilər ağıllı adamlardır. Bu işi onların əvəzinə öz azərbaycanlılarımız çox uğurla yerinə yetirirlər.

-Əsas səbəblərdən biri kimi bu işdə Azərbaycan hakimiyyəti tərəfindən dəstəyin olmamasıni göstərmisiniz. Misal üçün mən bilirəm ki, Azərbaycanın Rusiyadakı səfirinin müavini Q.Osmanov bu yaxınlarda Nijnoqorod vilayətinə gəlmişdir.

- Dogrudur. Q.Osmanov son 20 ildə Azərbaycan hakimiyyəti tərəfindən Nijno-novqorod vilayətinə gələn və Azərbaycan cəmiyyətilə görüşən ilk məmurdur. Düzdür, əvvəllər Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu vilayətimizə gəlsə də, onu Azərbaycan diasporu maraqlandırmamışdı. Onu qeyd etmək yerinə düşər ki, Q.Osmanov görüşlərində çox savadlı və təcrübəli diplomat təsiri bağışladı. Həqiqəti deməliyəm ki, mən onun belə savadlı və məlumatlı məmur olmasını gözləmirdim. O, Azərbaycan diasporunun bütün problemlərini incəliyinə kimi bilir, bu problemlərin həlli yollarını aydın şəkildə təsəvvur edir. Lakin Azərbaycan diasporunun formalaşması üçün onun imkanlarının nə dərəcədə faydali olmayacagini zaman göstərəcək.

- Gələcəyə bu qədər inamsizlig sizdə hardandır?

-Məsələ burasındadır ki, Rusiyada güclü azərbaycanlıların diaspora yaradılması olduqca çətindir. Səbəblərini də dedim. Lakin Azərbaycan dövləti üçün çox vacibdir. Bu məsələnin həlli üçün bir nəfərin istəyi azdir. Dövlətin bunu istəməsi lazımdır.

Hələlik isə bizə öz gücümüz ilə millətimizə xidmət etmək qalır.

Aygun Paşayeva

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar