Kadırovun 15 yaşlı qızına şəxsi silah verildi - İdmançıdır

«AzPolitika.info»-nun Rusiya KİV-nə istindla verdiyi xəbərə görə, Çeçenistanın başçısı Ramzan Kadırovun 15 yaşlı qızı Rusiyanın praktiki atış üzrə Federasiyasının üzvlüyünə namizəd olub.

«RİA Novosti» agentliyinin məlumatına görə, Ramzan Kadırov «Mylistori» sosial şəbəkəsində bir videoyazı dərc edib. Bu videoda Çeçenistanın başçısı Kadırovun güc bloku üzrə köməkçisi Daniil Martınov Hutmat Kadırovaya vəsiqə təqdim edir və deyib ki, Hutmat Rusiya praktik atış Fedreasiyasına atış üzrə üzv yazılmıış ilk qadın atıcıdır.

Martınov qıza praktik atış üzrə silah-sursat dəsti bağışlayıb.

Kadırov qızını təbrik edib. Onun sözlərinə görə, Hutmatın silahı atıcılıq klubunda saxlanacaq və təlimlər zamanı özünə veriləcək.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar