«Bizim liderlər - idiotdurlar!» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi Pakistana maliyyə yardımı göndərib, amma Pakistan terroçuluqla mübarizədə kömək göstərməyib və Əfqanıstandan gələn silahlılara sığınacaq verib: «Bu, bir daha olmayacaq!»

«ABŞ son 15 ildə axmaqcasına Pakistana 33 milyard dollar köməklik göstərib, amma onlar bizə yalnız yalan və fırıldaqçılıqla cavab veriblər. Bizim liderlər - idiotdurlar! Onlar bizim Əfqanıstanda axtardığımız terrorçulara sığınacaq verirlər və demək olar, bizə heç bir köməklik göstərmirlər. Bəsdir!» - deyə, Tramp özünün «Tvitter»-ində yazıb.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, əgər Pakistan öz ərazisində sığınacaq tapan terrorçularla mübarizə aparmasa, «çox şey itirə bilər».

635x100

Şərhlər

Vahid 2018-01-01 21:55:42

Cenab tramp 2012 ci ilde yaramaz obama ve avropa rusya xalqının ruhnu qırıb putini prezdent kimi tanıdılar amma o meglub olmuşdu cox hörmetli prezdent bu deve avropa ile rusya xalqının yanında olun ....

Son yazılar