Saakaşvili Yeni ili çadırda qarşılayıb - Radanın qarşısında

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Yeni ili Ali Radanın qarşısındakı çadır şəhərciyində qarşılayıb və bəyan edib ki, gələn Yeni ili də burada qarşılayacaq, amma bu dəfə qalib kimi...

Saakaşvili danışıb ki, 2018-ci ili çadır şəhərciyində - dostlarının geniş əhatəsində qarşılayıb: «Biz, çəkdiklərimizdən və çəkməkdə davam etdiklərimizdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdim. Mübarizə dövründə onların bir çoxu zərər çəkib - kimlər isə zədədənib, kimlərə qarşı «iş açıblar»», kimləri isə zindana atıblar. Onların hamısına dəstək lazımdır...».

«Gələn il biz, Yeni ili ənənəvi olaraq, qaliblər kimi, Ali Radanın qarşısında qarşılayacağıq. Ötən ildən bəzi epizodları xatırlaya biləcəyik - mübarizəni necə başladıq, ölkəni necə oyatdıq, gələn il isə necə qələbə çaldığımızı xatırlayacağıq» - deyə, Saakaşvili əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar