"Təxribatçıların bəziləri həbs edilib" - İran Təhlükəsizlik Nazirliyi

İranda son hadisələrlə əlaqədar həbs olunanlar var.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib.

Məlumatda qeyd olunub ki, son günlər baş verən dinc toplantılar iğtişaşlarla nəticələnib.

“Bu gərginliklər zamanı ölkə vətəndaşlarına çoxlu ziyanlar dəyib. Təhlükəsizlik Nazirliyi tərəfindən son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub. Digər ünsürlərin də həbs olunması istiqamətində işlər davam edir. Tezliklə onlara qarşı ciddi addımlar atılacaq”, məlumatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar