O şərəfsiz həbs olunsun! - Tramp

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun şəxsi elektron məktublarını öz kompüterinə göndərdiyi üçün köməkçisini həbs etməyə çağırıb.Axar.az xəbər verir ki, Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.

“Hillari Klintonun şərəfsiz köməkçisi Huma Abedini təhlükəsizliklə bağlı adi protokol qaydasına əməl etməməkdə günahlandırırlar. O, gizli şifrələri xarici agentlərin əlinə verdi. Həbs olunsun!” - Tramp yazıb.

Qeyd edək ki, bir müddət öncə Huma Abedinin konqresmen əri Antoni Uinerin də istifadə edə bildiyi kompüterdən məktub göndərdiyi məlum olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar