İran, İraq Kürdüstanı ilə sərhəd keçidlərini açıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Republikası (İİR) hələ ötən ilin oktyabrında bağlamış olduğu İraq Kürdüstanı ilə sərhəd-keçid məntəqələrini açıb.

Xəbəri, Ərbildəki İran konsulluğuna istinadla «İSNA» agentliyi yayıb.

«İraq hökuməti ilə məsləhətləşmədən sonra, müstəqillik referendumu səbəbilə oktyabrda bağlanmış İraq Kürdüstanı ilə Pərvizxan və Tamarçin sərhəd-keçid məntəqələri çərşənbə axşamı açılıb» - bəyanatda deyilir.

O zaman İraqın Xarici İşlər Nazirliyi (XİN) bəyan etmişdi ki, İran Bağdad hökumətinin xahişinə əsasən, İraq Kürdüstanı ilə sərhəd keçidlərini bağlayıb. Bir qədər sonra Başmaq keçid məntəqəsi açılmışdı.

635x100

Şərhlər

t.ədalət 2018-01-03 10:27:12

İran,ola bilər ki,ölkəni bürümüş iğtişaşlardan qurtulmaq üçün,növbəti xəyanət yoluna- azərbaycanlılarla kürdlər arasında müharibə yaratmağa cəhd göstərir.Şəriət Madərinin zamanında da bu "biclikdən" istifadə etmişdi.

Son yazılar