İran Vaşinqtonu, Londonu və Ər-Riyadı günahlandırır! - İğtişaşlara görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) milli təhlükəsizlik Şurasının katibi Əli Şamhani bəyan edib ki, İrandakı etiraz aksiyaları bəzi ölkələrin İrana qarşı apardığı «dolayı müharibə» çərçivəsində baş verir.

Xəbəri «Tasnim» agentliyi yayıb.

Onun sözlərinə görə, etirazların arxasında Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya (BB) və Səudiyyə Ərəbistanı (SƏ) dayanır. Məhz onlar bu kampaniyanı sosial şəbəkələrdən idarə edirlər ki, bu da nümayişlərin keçirilməsinə təsir göstərir.

«Bizim analizin nəticələri göstərir ki, İrana qarşı yönəldilmiş «heşteq»lərin təxminən 27,0 faizi Səudiyyə hökuməti tərəfindən hazırlanıb. Bu, xaricdən müdaxilə deməkdir və İranın inkişafını yavaşıtmaq məqsədi güdür» - deyə, Şamhani bildirib.

Onun sözlərinə görə, etirazlar bir neçə günə dayanacaq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar