Qadına önəm verməyən dövlət güclü ola bilməz!

Aysel Aydın

Gender bərabərliyi təkcə inkişaf etməkdə olan cəmiyyətlərdə deyil, inkişaf etmiş ölkələrdə də ciddi məsələlərdən biridir. Hər nə qədər qadın hüquqlarından danışılsa da, bir çox cəmiyyətlər qadını kişidən daha aşağı səviyyədə görür, istər iş, istərsə də məişət həyatında qadınlar bir çox zorakılıqlara, haqsızlıqlara məruz qalırlar.İnkişaf etmiş ölkələrdə iş həyatında qadınlar arxa planda qalaraq hüquqları pozulur.Geridə qalmış ölkələrdə isə qadınların hüquqlarıtəhsildən, iş həyatından uzaq saxlanılmaqla, hətta evlənərkən həyat yoldaşını seçməyə izn verməməklə pozulur.

Qadın hüquqlarının pozulması deyəndə ilk olaraq ağıla şərq cəmiyyətləri gəlir. Dini bilgilərini Qurandan deyil, xurafatlardan alan insanlar qadınları evdə saxlamağa, insanlarla ünsiyyətini məhdudlaşdırmağa, təhsildən və s. kimi haqlarından məhrum etməyə çalışırlar. Halbuki Quranda qadınlar təriflənir və qadın-kişi haqlarının eyni olduğu bildirilir.

Qərb cəmiyyətlərində isə qadın haqlarının pozulması fəqrli ideologiyalar altında özünü göstərir. Darvinizm qadını təkamülünü tamamlamamış varlıq kimi qələmə verir. Darvin “İnsanın mənşəyi” kitabında qadınların geri və aşağı səviyyəli mədəniyyətə sahib olduqlarını yazır.

Darvinizmdən bəhrələnən nasist Almaniyasında 1929-cu ildə fəaliyyət göstərən 39 nasional-sosialist təhsil qurumundan yalnız ikisi qızlar üçün idi. Nasistlər üçün qadının vəzifəsi çoxalma fermalarında üzünü ilk dəfə gördükləri alman gənclərindən hamilə qalaraq arian irqini ortaya çıxarmaq idi.

Kapitalizm isə qadını alınıb-satılan obyektə çevirdi. Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı qeyd edir ki, hər il iki milyon qadından sərhədlərdən kənar qadın alverində istifadə edilir.

Qadınlara qarşı tətbiq olunan zorkılığa gəlincə isə Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (FRA) Avropanın 28 ölkəsində 18-72 yaşları arasında 42000 qadın ilə çox geniş tədqiqat aparıb. Əldə edilən nəticəyə görə ən çox zorakılığın törədildiyi ölkə Danimarkadır. Sonrakı yerləri Hollandiya və Fransa tutur.

2011-ci ildə ABŞ hökumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin zorakılığa məruz qaldığı aşkar olub. 29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Dünyadakı qadın cinayətlərinin 40%-də qatil ya qadının əri, ya nişanlısı, ya da sevgilisidir.

Bu zorakılıqlar qadınların yaşamaq həvəsini söndürür. Qadınlar təzyiq gördüklərindən gözəl və cazibədar olmaqdan çəkinirlər. Qadının ağlı, işgüzarlığı və düşünmə qabiliyyətindən istifadə edilmir. Halbuki qadınlar daima dərin düşünür, onlar sənətə, gözəlliyə daha çox meyl edirlər.

Əgər cəmiyyət qadına önəm verməz, geridə tutarsa, həmin dövlət güclü ola bilməz. Qadınların hüquqları kişilərlə eyni, hətta daha çox olmalıdır. Kişilərin qadınlardan üstün olması, qadınların ağlının az olması ilə bağlı fikirlər tamamilə aradan qaldırılmalıdır. Təhsildə, siyasətdə, iş həyatında və digər sahələrdə qadınlara üstünlük verilməlidir.

635x100

Şərhlər

Cabir 2018-01-03 15:56:50

Qadın -öncə anadır və analıq məsuliyyəti önəmlilik təşkil etməlidir.Ondan sonra qadın evinin sahibəsidir.Evladların tərbiyəsi,qidalanması,evdarlıq.Öncə bu funkslyaları qadın anlamalıdır. Sonra əgər imkan olasa və təhsili nə uyğun o müəyyən sahələrdə çalışa bilər.Eyni zamanda çalışmaqla bərabər ailə məsuliyyətini də unutmamalıdır.Çalışdığı müddətdə onun təhsil və bacarığının imkan verdiyi işlərdə çalışnması qəbahət sayılmaz.Lakin qadın qadınlığını,zərifliyini,incə məxluq olduöunu unutmmalıdır.

dadaşyev 2018-01-03 15:56:50

Sevimli Aysel xanım,dediklərinizlə tam razıyam.Qadına ən böyük hüquqlar verilməlidir,ənazı ona görə ki hamımız dünyaya gəlişimiz üçün anaya borcluyuq.Amma inanın ki,bizim cəmiyyət nə qədər əcaibliklər xarabalığı olsa da,bütün İslam ümməti içində qadına ən yüksək qiymət bizim Azərbaycan topluluğundadır.Bu nəsə ağlasığmaz bir şeydir.Həyat nə qədər çətin olsa da biz qadınları baş tacımız hesab etməyi bir an belə unutmuruq.Türkiyə xəbərlərinə baxın,orada qadınların nə zillətdə olduğunu görərsiniz.

dadaşyev 2018-01-03 15:56:50

davamı;Mən niyə Türkiyəni misal çəkdim?Çünki qan qardaşlarımızdı və İslam dünyasının ən inkişaf etmiş ölkəsidi.Amma türkə ərə gedən neçə qızımızı tanıyırsınız ki,o türkdə bircə ildən artıq qala bilmiş olsun?Tək-tük ola bilər ki biraz çox qalsın.Niyə?Çünki burada gördüyü azad münasibəti əsla orada görə bilmir.Seriallara aldanıb gedirlər,sonra Azərbaycan kişilərinin başına and içirlər.Mən Türkiyədə illərlə yaşamışam və 8 qızımızın psixopat türkün əlindən qurtulub vətənə qayıtmasında yardımçı olmuşam.

dadaşyev 2018-01-03 15:56:50

davamı;Elə biliblər qadınlar üçün Türkiyədə yel əsib qoz tökülüb.Mən bizim qızlara açıq demək istəyirəm:bizim qızlar sərbəst düşünə bilən qızlardı,ona görə də bizim qızlar üçün yaşamağa İslam ümməti içində ən münasib yer Azərbaycandır.Heç bir İslam ölkəsində siz kişilərin sizə belə mehriban münasibətini görməyəcəksiniz.Seriallara aldanmayın.Onlar reklam xarakterlidir.Əgər daha sərbəst olmaq istəyirsinizsə Fransaya,İngiltərəyə,Yaponiyaya-filana gedin,amma heç bir başqa İslam ölkəsinnin adamına ərə getməyin.

dadaşyev 2018-01-03 15:56:50

davamı;Və hüquq məsələsini cinsi məsələ ilə qarışdırmayın.Hüquq baxımından nə qədər üstün olsanız da yaradılış baxımından,yəni cinsi baxımdan kişilərdən zəifsiniz.Qurani-Kərim Allahın kişilərə müraciətidir.Kişilərə müraciət edərək deyir ki,qadınlar sizə əmanətdir,onları qoruyun.Demir ki,ey qadınlar,siz kişilərə əmanətsiniz.

dadaşyev 2018-01-03 15:56:50

Və bunu da əlavə etməyi özümə borc bilirəm;baxın,sizin şəklinizdən əsl gənc Azərbaycan qadını baxır.Normal Azərbaycan kişisi Azərbaycan qadınını məhz belə görmək istəyir.Ağıllı,tərbiyəli,oxumuş,ədəblə geyinən,ərəb və fars təsirlərinə uyub çuvala bürünməyən mələksima bir qadın.Məgər bizim öz qadınlarımızı necə görmək istəməyimizdən anlaşılmırmı bizdə qadına verilən yüksək qiymət?Tamamən örtünmək yalnız Rəsulillahın xanımlarına əmr edilmişdir,onlar Rəsulillahdan sonra heç kimsəylə də evlənə bilməzlərmiş.

ARİF 2018-01-03 15:56:50

AZƏRBAYCAN QADININA(ÜMUMİYYƏTLƏ QADINA) ƏL QALDIRANIN VURAN ƏLİ KƏSİLMƏLİDİR.

Dadaşev-ə 2018-01-03 15:56:50

Deyəsən bu saytda səndən ağıllısı yoxdur.Elə hamıya ağıl verirsən.Bir az da özünə bax.

Arif muellime 2018-01-03 15:56:50

Da e da ,gurultulu ve surekli alqiwlar,(hami ayaga qalxir).Sureti butun dunya qadinlarina!!

dadaşyev 2018-01-03 15:56:50

dadaşyev-ə yazana.Cahil görəndə sevinməyən aqil görəndə kədərlənməz.

dadaşyev 2018-01-03 15:56:50

dadaşyev-ə yazana.Və ağıl verirəm də.Zəhər vermirəm ki öləsən.Ya da salam vermirəm ki rüşvət deyil deyə almayasan.Elçiliyə gəlmirəm ki ağıllıyam deyə qızını verməyəsən.Borc istəmirəm ki ağlayıb yoxdu deyəsən.Xəbərdi,oxuyub sözümü deyirəm,ürəyimi boşaldıram.Sən də de.Mən yazanda sənə yer vermirlər?Xoşuna da gəlmirsə oxuma.Cəhənnəmə oxu,gora da üstəlik.

dadaşyev 2018-01-03 15:56:50

dadaşyev-ə yazana.Azərbaycanda sevilmək üçün qaçmaq lazımdı ki,pulun-vəzifən olsun.Məni sevəsən deyə qaçqın olammaram ki.Gücüm ağıllı olmağa çatır,ona da paxıllıq eliyirsən.Hərçənd bundan sonra bir işıq ucu qədər qaçmaq xoşbəxtliyi yaransa,qaçmayanın atabaatasına lənət.

dadawwteyne 2018-01-03 15:56:50

Axirinci uc werhinle gostendin ki,sen neqeder .... icin butun zigdi,yoldaw sene bir kelme iradini bildirir,sense ozunu qoydun ortaya ,subut elemeye caliwirsan ki,dogrudanda sen "agilli" adamsan,kohne " professiyanin" dawiyicilari kimi.

Dadawwteyne 2018-01-03 15:56:50

Davami,hamini oz arwininla olcursen,seni hemiwe mal hekimi mualice edib,ay malqara (xirda dirnaq),dadawqili, senin dafawwteyne yazilan werhe ne dexlin var,ozunu lezvaladin.

Dadawwteyne 2018-01-03 15:56:50

Azerbaycan dilinde iki sozun ortasinda qowa "w" herfi var,ucuncunude senin timsalinda men kewv elemiwem,eyer aglin bele cirirsa qalan ikisinide sen yaz,uzunude saytin ayaqlarina surt,qoy versinler.

dadawwteyne 2018-01-03 15:56:50

Ardi,dediyim o uki soz varha,Azerbaycan dilinde,hansiki ortasinda qowa "w" herfi var ,ikiside ....

dadaşyev 2018-01-03 15:56:50

dadawwteyneyə.Anlayacağına şübhəm olduğu halda bircə dəfə mərhəmət göstərib şərhində saytın qoyduğu 3 nöqtənin mənasını deyim.Bu günlərdə psixiatrın yanına getmisən,demisən necə edim ki,mən də dadaşyev kimi ağıllı olum,onun şərhlərindən tüküm ağrıyır.Həkim deyib nə yemisən?Demisən buznan çörək.Həkim də deyib mal həkiminin yanına get,çünki nə yeməyin adam yeməyidi,nə xəstəliyin,nə də danışığın.Amma mal həkimi də baxammayıb,deyib ilk dəfədi danşan mal görürəm,şok olub.Ordan hirsli gəlib nə olsa yazmısan.

Taliw 2018-01-03 15:56:50

yeqin Adnan Oktar kedicikleri kimi qadinlari yawatmaqi deyirsozde?

İstək Görünməz 2018-01-03 15:56:50

Mövzu hansı cəmiyyətə yönəlib? Nədən daha bərabər Qərbi tənqid edirik? Qərbdə adətən, qız və erkək elə uşaqkən ailə tərəfdaşını müəyyən edir. Ruhi xəyalətə dalmırlar. Qızlarımız adətən gizli və doğru seçim əvəzinə özlərini əskik-hüquqsuz edirlər. İstədiyin doğru və qəti seçimə heç nə zidd ola bilmir. Təbii olaraq əsl qadının gündəlik işi kişidən azı iki dəfə çox olur və bu işdə ona əsasən mənəvi dəstək mümkündür. Sizcə, Azərbaycanın gücü də bircə qadına üstünlük verməsindənmi qidalanır?

Son yazılar