Rusiyada iki minik maşını toqquşub - 10 nəfər ölüb

Qezada-sinmish-padpres-180912Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu məlumatı yerli fövqəladə hallar idarəsi yayıb.

İnformasiyaya əsasən, Xantı-Mansiy – Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.

İlkin məlumata əsasən, 10 nəfər, o cümlədən 4 uşaq ölüb.

Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar