Moldovada Prezident səlahiyyətlərini parlamentin sədri icra edəcək

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Moldova parlameninin sədri Andrian Kandu bildirib ki, ölkə prezidentinin səlahiyyətlərini icra edəcək və hökumətin yeni üzvlərini təyin edəcək.

«Konstitusiya Məhkəməsi bu gün (dünən - red.) Konstitusiya qarantı qismində Prezident İqor Dodonun öz qərarı ilə əsas Qanunun müddəalarını qulaqardına vurmaq üçün yaratdığı institusional blokadanı həll etmək barədə qərar çıxaracaq. Prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi mən, yeni nazirlərin təyin olunması üçün fərmanlar imzalayacam və onları təntənəli and içmək mərasiminə cəlb edəcəm» - deyə, çərşənbə axşamı parlamentin mətbuat xidməti Kandudan sitat gətirib.

Mətbuat xidməti fərmanların imzalanma mərasiminin və yeni təyin olunanların andiçməyə cəlb olunma vaxtını açıqlamır. Bu barədə əlavə məlumat veriləcək, belə ki, spiker və bir çox dövlət qulluqçusu hazırda tətildədirlər.

Bununla belə, məlum olub ki, mərasimin yanvarın 5-də baş tutacağı ehtimalı böyükdür.

Məlum olduğu kmi, Moldovanın Konstitusiya Məhkəməsi Prezident İqor Dodonu müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb. Məhkəmə parlament sədrinə və ya Baş nazirə yeni hökumət üzvlərini təyin etmək səlahiyyəti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar