SABİQ PROKURORUN MƏZARI BAŞINDA - Borc yiyəsi pullarını tələb edir... +VİDEO

Azərbaycanda haqqı pozulduğunu iddia edən vətəndaş etirazını heç kimin ağlına gəlməyən formada ifadə edib. Criminal.az saytı xəbər verir ki, kimliyi bilinməyən həmin şəxs pulunu mənimsədiyini iddia etdiyi mərhumun məzarı başında dayanaraq onun ruhuna ittihamlar səsləndirir və bu mənzərəni videoya çəkir. Vətəndaş qəbiristanlıqda Qaraxan Zülfi oğlu Ağayevin məzarı başında dayanaraq, pullarının onun tərəfindən mənimsənildiyini iddia edir: ''Qaraxan, bəs şərəfinə and içirdin ki, pullarımı qaytaracaqsan''.

Criminal.az bildirir ki, Qaraxan Zülfi oğlu Ağayev vaxtilə Xızı rayon prokuroru olub, həmçinin, sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib.

Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16:00 radələrində paytaxtın Sabunçu rayonu ərazisindəki  “Küləfirəngi” restoranının qarşısında, təxminən, 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib.

Q.Ağayevin oğlu İldırım Ağayev isə atasının qəsdən öldürüldüyünü idddia edirdi. O, mətbuata müsahibəsində demişdi ki, atasının ölümündə əsas şübhəli şəxs sabiq polis rəisi Nizami Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızının prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir. Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik”.

Sabiq prokurorun məzarı başında çəkilmiş videonu təqdim edirik:

635x100

Şərhlər

t.ədalət 2018-01-03 23:30:42

Əlbəttə,onun-bunun pulunu yeyənlər axirətdə cavab verəcəklər.Odur ki,elə bu dünyada halallıqla yaşamaq,rüşvətə son qoymaq lazımdır.Rüşvətxorluq,təkcə hüquq

ABDULQADIR 2018-01-03 23:30:42

ZEKASINA EHSEN.CHOX GÖZEL XATIRLATMADIR,MILYONLARI, MILYARDLARI DÖVLETDEN VE XALQDAN CHALIB CHAPIB ZÜLM,ZILLET,QORXU SACHARAQ MILLETI ZILLETDE YASHADANLARA.ÜSTLERINDE BIR CORAB APARA BILMEYECEKLERI HALDA,HAQQ DÜNYASINDA ONLARI,HER KESI HANSI AQIBETIN GÖZLEDIYINI ESHITDIKLERI HALDA HAQQ YEMEKDEN,ZÜLM ETMEKDEN EL CHEKMEYEN GÖZLERI KOR QULAQLARI KAR QELBLERI QARALMISH VICDANI YOX OLMUSHLARA.BU SÖZLERI ALLAH QORXUSUNDAN SHEYTANI QOVUB TAPDIGIM 11.320 DOLLARI SAHIBININ GELMESINE QEDER GÖZLEYEN BIRI KIMI YAZIRAM.

G.M 2018-01-03 23:30:42

Prokror,Pəis,Məmur və deputatlarımızın yerlərinə mən olsaydım vəsihətimdə deyərdim ki..``Mənə Baş Daşı qoymayın..ki,yerimi bilməsinlər``

AAgahuseyn 2018-01-03 23:30:42

Bna deyərlər .... Əvvəla sən pulu niyə Qaraxana vermişdin.Səbəb və sübut lazımdır ki həqiqətən sən o pulu ona vermisən. ƏKS halda hüquq-mühafizə orqanları bunu araşdırıb tədbir ğörəcək.O vaxt cox mətləblərin üstünə lşıq düşəcək.QAZİNİN sünnət TOYU ONDA OLACAQ.

Zaza 2018-01-03 23:30:42

Haram yeyenler oleceklerine, torpag olacaqlarina, qurda, heserata yem olacaqlarina ve Axiretde Allaha haqq-hesab vereceklerine INANMIRLAR.Insaydilar haram yemezdiler.

vidadi goyce 2018-01-03 23:30:42

pis elametdir,tecili bu flfvin pulunu verin

Son yazılar