ABŞ QIRICILARININ RUS AVİABAZASINA HÜCUMU! - 103 təyyarənin yandırılması bütün dünyadan necə gizlədildi? + VİDEO

DTK ARXİVLƏRİNDƏN: STALİNİ ZƏHƏRLƏYƏRƏK ÖLDÜRÜBLƏR!

SSRİ adlı dövlətin mövcud olduğu illər, ümumiyyətlə, sosial-demokratların meydana kəlməsi, Rusiyada proletar inqilabının qələbə çalması özü müdhiş sirlərlə dolu bir zaman kəsiyidir.

Sovetlər İttifaqının süqutuna qədərki dövrdə, bu ərazidə baş verən ciddi siyasi-iqtisadi-hərbi xəyanətlər geniş ictimaiyyətdən ciddi-cəhdlə gizi saxlanıb. Düzdür, zaman-zaman bəzi informasiyalar sızıb və ya məqsədli şəkildə geniş kütləyə ötürülüb, amma total qadağalar mühitidnə bunlar sadə insanlarda yalnız «nağıl effekti» yaradıb - insanlar ölkədə baş verənlərdən xəbərsiz olublar...

Məhz bu səbəbdən dolayı, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya Federasiyası (RF) arasında münasibətərin çağdaş gərgin dövründə - soyuq müharibədən sonra bu iki nəhəng arasında hərbi toqquşma təhlükəsinin yenidən meydana çıxdığı, belə bir toqquşma olarsa, kimin qələbə çalacağı haqda mübahisələrin getdiyi bir zamanda - məhz indi «iki super-məxfi» mətləbin faş olması qaranlıq gecədə şimşək çaxması effekti yaratmaya bizməz. Bunlardan biri İosif Stalinin sui-qəsd nəticəsində (zəhərləmə!) dünyadan köçməsi, digəri isə 1950-ci ilin oktyabrında ABŞ hərbi-hava qüvvələrinin (HHQ) hücumu nəticəsində Vladivostok ətrafında SSRİ-nin 103 təyyarəsinin (5 aviabazasının!) məhv edilməsidir. Rusiya ictimaiyyəti bu hadisələrdən bir neçə il əvvəl xəbər tutub. Lakin Azərbaycan oxucusu bu barədə çox az məlumatlıdır - ölkə KİV-lərində demək olar ki, məlumat verilməyib.

"AzPolitika" bu boşluğu müəyyən qədər doldurmaq üçün, ABŞ və Rusiya arasında münasibətlərin son dərəcə gərginləşdiyi, hətta müharibə riskinin ortaya çıxdığı indiki şəraitdə, hələ Stalin kimi qanlı diktatorun dövründə ABŞ ordusunun SSRİ-yə (Rusiyaya) vurduğu sarsıdıcı zərbənin necə cavabsız buraxıldığını və bu dəhşətli sirrin SSRİ xalqlarından və bütün dünyadan necə  gizlədildiyini xatırlatmaq qərarına gəlib.

Hər iki mətləb barədə sağ qalmış məlumatlı mənbələr danışırlar...

Sağ qalmışlardan biri də Mixail Poltoranindir. Poltoranin - SSRİ və Rusiya Federasiyasının dövlət xadimi, Rusiyanın peşəkar jurnalisti, Rusiya hökuməti sədrinin sabiq müavini, 1992-c ildə Sov.İKP sənədləri üzərindən məxfiliyin götürülməsi üzrə idarələrarası komisiyanın başçısıdır.

Hansı səbəbdənsə, yuraxıda xatırlatdığımız iki gizlinin faş olması barədə Azərbaycan KİV-ləri tərəfindən cəmiyyətə heç bir informasiyanın verilmədiyini nəzərə alaraq, Poltoraninin həmin olaylar mövzusundakı müsahibəsiniin bir hissəsini oxucuların diqqətinə çatdırmaq qərarına gəldik:

Jurnalist - Keçmişin söhbətidir, Siz, DTK arxivlərindəsiniz. Deyin, gerçəkdənmi 50-ci illərdə Amerikanın HHQ Uzaq Şərqdə Sovet İttifaqının hərbi bazalarını bombalayıb?

Poltoranin - Bəli, bombalayıblar!

Jurnalist - Və bunu bütün dünyadan gizlətmişik...

Poltoranin - Biz, çox şeyləri gizlətmişik. Ümumiyyətlə biz, mif dumanı içərisində yaşayırıq.

Jurnalist - Siz, sənədləri görmüsünüz. İndi biz, miflərin sirlərini açacağıq. Nəyi və harada bombalayıblar?

Poltoranin - Onlar 1950-ci ilin oktyarbında hərbi-dəniz bazasını bombalayıblar. Dörd «şturmovik»-dən ibarət F-80 (qırıcı - red.) qrupu «Suxaya Reçka» dəniz bazasına hücum edib. Onlar 5 bazanı məhv ediblər.

Jurnalist - Bu bazalar harada yerləşib?

Poltoranin - Vladivostok şəhərinin 30 kilometrliyində. 103 təyyarəni məhv ediblər.

Jurnalist - Amerikalılar bizim ərazidə 103 təyyarəni yandırıblar? 50-ci ildə, müharibənin olmadığı şəraitdə? Bəs, Stalinin reaksiyası?

Poltoranin - Elə bunun özü Stalini nə üçün öldürdüklərinin səbəbidir.

Jurnalist - Stalini necə öldürüblər? Onu zəhərləyiblər?

Poltoranin - Zəhərləyiblər!

Jurnalist - Siz, DTK arxivləri üzərindən məxfilik pərdəsinin götürülməsi üzrə komissiyanın rəhbəri kimi, rəsmi bəyan edirsiniz?

Poltoranin - İosif Vissarionoviç Stalin sui-qəsd nəticəsində ölüb! Lazar Kaqanoviç - 81-ci ildə Amerikadan onun yanına qardaşı (bacısı) oğlu Stüart Kaqan gəlmişdi - Stalini necə öldürdüklərindən danışıb. Kremlin xəstəxanasında onun qardaşı (bacısı) qızı işləyirmiş. Ona tabletka (Trombo ASS) veriblər - qanı «yandırmaq» üçün tabletka. Amma tərkibini dəyişdirsən, bu dərman zəhərə çevrilər. Kaqanoviçin özü bununla fəxr edib. Amma mən, buna o qədər də inanmırdım. Sonra bəzi siyasi xadimlərin, o cümlədən, Ənvər Hocanın (Albaniya dövlətinin başçısı - red.) bəyanatları oldu. Mikoyan onun yanına gedib, konqresdə çıxış edərkən, Ənvər Hoca bəyanatında deyib: «Sovet İttifaqının rəhbərləri həyasız sui-qəsdçidirlər. Onlar indi bütün dünyanı gəzib, fəxr edirlər ki, Stalini necə öldürüblər...».

Onda mən arxivlərə baş vurdum və aydınlaşdırmağa çalışdım ki, əslində nə baş verib?... Stalinin zəhərləndiyini bizdən gizlədirlər, bunun xüsusi əməliyyat olduğunu, buna uzun müddət hazırlaşdıqlarını gizlədirlər. Belə ki, bu çağa qədər Stalinə yaxın olan bəzi adamlar dəyişdirilmişdi. Paskrebışevi aradan götürmüşdülər. Vlasiki - aradan götürmüşdülər. Kremlin komendantı ölmüşdü. Sonra Beriya «LeçSanUpr»un dərmanlar üzrə cavabdeh rəisini dəyişdirmişdi...

Onun vəziyyəti pisləşəndə, konsilium oldu... Məlumdur ki, qan və sidikdən analiz götürlülmüşdü. Birincisi, onun qara ciyəri çox genişlənmişdi - bu, insanın zəhərləndiyini göstərir. Leykositlərin (toksinlərlə mübarizə aparan ağ hissəciklər) miqdarı 4 dəfə yuxarı qalxmışdı... Bütün sənədləri, Stalinin xəstəlik jurnalını «təmizləmişdilər» - o, sağlam kişi idi və yalnız hipertoniyanın ilkin mərhələsi və dizlərində revmatizm. Bundan başqa heç nə! Bütün simptomlar göstərilmişdi, zəhərləndiyi və ya zəhərlənmədiyi barədə isə heç nə yazılmamışdı. Amma bir nəfər olub - Stalinin meyitini yaran zaman iştirak etmiş professor Rusakov. O, «LeçSanUpr»un rəisinə yazıb ki, Stalin zərlənib, həm də sianidlərlə, açıq görsənir ki, sinil turşusu ilə zəhərlənib. Zəhərlənmənin bütün simtomları. Yarğı zamanı aydın olmuşdu ki, Stalinin nəfəs yollarınıqa selikli qişa zədələnib. Pofessor Rusakov bu kağızı verəndən 3 gün sonra ölüb! Bundan əlavə, ləngimədən onun evində axtarış aparılıb, bütün kağızları götürüblər. Amma əslində belə alınıb: diqqətsizlikdənmi və ya nədənsə, Stalinə aid bütün sənədlər (jurnallar, gündəliklər, yarğı haqqındakı materiallar) bir yerə toplanıbmış, professorun sədədləri isə başqa yerdə. Birincini «təmizləyiblər», ikincini isə çatdırıb «təmizləyə»bilməyiblər. Professor isə buraya nəinki «zapiska»nı, həm də sənədlərin surətini qoyubmuş...

Jurnalist - Siz, onu öz əlinizə almısınızmı?

Poltoranin - Bəli, mən özüm onu görmüşəm! Belə-belə işlər...

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2018-01-04 12:49:18

Stalin türklərin qənimi idi.Gürcüstan və Azərbaycan ərazilərində yaşayan on minlərlə müsəlmanı qətl etdi.İrəvan azərbaycanlılarının dədə-baba yurdundan didərgin salınmasının əsasını da o qoydu.O,erməni xislətli olduğuna görə türkləri öldürməkdən həzz alırdı.Odur ki,onun məhvini həyata keçmirənlərə biz borcluyuq.Stalinin həyatı türklər üçün maraqlı ola bilməz.Biz ona,ancaq lənət arzulaya bilərik!

Keçmiş SSRİ vətəndaşı 2018-01-04 12:49:18

Deyək ki,103 təyyarənin vurulmasını SSRİ gizlədib.Bəs nəüçün ABŞ bunu dünyaya yaymayıb.Mənə belə gəlir ki,bu yalandır.

Taliw 2018-01-04 12:49:18

Melikmemmedin naqili...

OQTAY 2018-01-04 12:49:18

Staline Allah, lenet elesin,caqqal kimi geberdi!!!

maksimus 2018-01-04 12:49:18

stalin ,yəni çuqaşvili olmasaydı nə rus imeriyası inkişaf edəırdi nə də SSRİ deyilən bir dövlət mövcud olardı

şahin 2018-01-04 12:49:18

aydın məsələdir məqaləni mirzə ag yazıb əlbətdəki yalandır əgər amerikada elə güc qüvvət cəsarət var idisə ssrini almaniyadan qovardı və yaxudda hərbi təyyarələr vladivostoka qədər gəlmişkən nə əcəb ssriyə atom zərbəsi vurmayıblar bu mirzə ag lap ag elədi ta

Son yazılar