Çeçenistanda polis rəisi güllələnərək öldürülüb

Çeçenistanda Şali rayonunun Avtura yaşayış məntəqəsi üzrə polis şöbəsinin rəisi qətlə yetirilib.

Virtualaz.org Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, cinayətkar polis əməkdaşının kürəyinə atəş açıb. Hadisə rəisin ərzaq mağazasından çıxdığı vaxt baş verib.

Hüquq-mühafizə orqanları əlavə ediblər ki, hücum edən şəxs saxlanılıb. O, dəfələrlə məhkum olunmuş, 27 yaşlı yerli sakindir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar