Ramiz Mehdiyev sərəncam imzaladı

Ramiz MehdiyevPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

APA-nın məlumatına görə, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

635x100

Şərhlər

Kremlin adamlarina LENETLER olsun 20 Yanvar faci 2018-01-04 13:46:27

SSRI daqilandan sonra, Rusiya ozunu SSRI -nin VARISI elan etdi. Kreml Azerbaycanda 20 Yanvar faciesini toretrdi. Kremlin adamlari indiyedek Azerbaycan hakimiyyetinde yuksek vezifededirler ve xalq qarshisinda vicdan ezabi chekmeyirler 20 Yanvar faciesine gore, utanmaz - utanmaz, heyasizliq ile, indi ozlerini xalq arasinda kechirilen tedbirlerde gosterecekler, cnunki, bunlar oz meneviyyatlarini itiribler ve xidmet edirler yalniz Kremlin maraqlarina.

Yaqub 2018-01-04 13:46:27

Ay ramiz müellim bunu anmaq lazım deyil bunu sübut etmek lazımdı ki xocalıynan beraber bu ruslar edib ve rusyanı beynelxaıq tiribunala vermek lazımdı eger rusyadan qorxursuzsa bunu xalqın öhdesine buraxın cıxsın kücelere ellerinde sübutla

mayil 2018-01-04 13:46:27

Ramiz mehdiyev cenablari siz bilirsizki imislide sizin adinizdan isdifade ederek bizi bazarlardan cixardilar deyilerki bazar ramiz mehdiyevidi xayis edirik bu biyabrclixa son qoyun 0513034707

Son yazılar