İRANDAKI ETİRAZLARIN TƏŞKİLATÇISI  KİMDİR?  - Generalın açıqlaması

Ötən gün İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri "azğın qüvvələr" üzərində "tam qələbə" elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu" səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri "İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə" bənzədib.

General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin "The Independent" yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.

İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.

Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmüş mühafizəklar Əli Rəisinin qaynatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətüllah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.

Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun höklumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər ayətüllah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.

General Cəfəri onu bidlirib ki, ölkədəki nizamsızlıqlara görə həm də “bir keçmiş rəsmi “məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.

Bu arada İran təhlükəsizlik qüvvələri son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların “təxribatçılar” kimi axtarıldığını bildirib. Hakimiyyətə yaxın sayt və sosial media hesablarında yayılan fotolarda bu şəxslərin bir çoxunun üzü bağlıdır, yaxud eynək taxıblar.

Xatırladaq ki, son məlumatlara görə İranda etirazlar və iğtişaşlar səngiyib. Təhlükəsizlik Şurasının rəhbəri general Əli Şamxani ölkədə xarici qüvvələr tərəfindən dəstəklənən üsyanın yatırıldığını elan edib. Bu aksiyalarda Cənubi Azərbaycan şəhərlərinin iştirakına dair ziddiyətli məlumatlar gəlirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Marağa şəhərində minlərlə azərbaycanlı küçələrə çıxıb və İran hakimiyyətinə qarşı şüarlar səsləndirib. Lakin Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı mühacir hərəkat bildirib ki, azərbaycanlılar İrandakı etirazlara dəstək vermir.

635x100

Şərhlər

a.n 2018-01-04 16:23:03

Irandakı nümayişlər yumurtanın 40 faiz bahalaşmağından sonra başladı, 2 il öncə bəzi qüvvələr bizdə də yumurtanın qiymətini qaldırmağa cəhd etdi, lakin dövlət bu təxribatı vaxtında aşkar etdi... halaldı bizim hakimiyyətimizə...

G.M 2018-01-04 16:23:03

İranda baş verənlərin arxasında Molla rejiminə nifrət edən müasir Fars gəncliyi durur.Molla rejiminin özünü qorumaq üçün apardığı siyasət dalana dirənib.Neftin ucuzlaşması başqa neft ölkələri kimi İranın da qaranlıq inkişafına ``işıq saldı``.Bütün bu proseslərdə ən ağrılı dərd Azərilərin özlərini Pat vəziyətinə salmasıdır.Hansı ki,dəqiqləşdirəndə məlum olur ki,35 milyonun imtiyaz qazanması üçün ələ düşməz fürsət yaranıb.

Fefadar 2018-01-04 16:23:03

İran xalqının sag eli bizim başmıza olar rüşvetxorluga ve özbaşnalıq insanları şerleyen devlete qarşıdı ele bizim hakimyetde o gündedi ...

Son yazılar