Goranboy sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Goranboy sakini bıçaq xəsarəti alıb.APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. A. Əsgərov yıxılaraq, qarnına bıçaq batdığını deyib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar