Baş prokuror: İranı “Ayətullah Mayk” qarışdırıb

İranın baş prokuroru Cəfər Müntəziri ölkəni bürümüş kütləvi aksiyaların ABŞ, İsrail və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bildirib. Virtualaz.org xəbər verir ki, baş prokuror əməliyyata Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə xüsusi məsul şəxsi Maykl D`Andrea-nın rəhbərlik etdiyini deyib. Əməliyyatın maliyyələşdirilməsini Ər-Riyad üzərinə götürüb.

Baş prokurorun sözlərinə görə, plan “Ardıcıl konvergensiya doktrinası” adlanır. Bu plana millətçilər, radikal solçular, o cümlədən “İran Xalq Mücahidləri Təşkilatı”, monarxiya tərəfdarları və kommunizm ideyalarına bağlı olan digər bəzi qruplar cəlb edilib.

Ötən ilin iyun ayında “The New York Times” qəzeti xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İrandakı əməliyyatları ilə Maykl d’Andrea məşğul olacaq. Bu şəxs daha çox “ayətullah Mayk” və “Qara şahzadə” ləqəbləri ilə məşhurdur. Məhz d’Andrea “Əl-Kaida”nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirirdi. Mənbənin bildirdiyinə görə, bu təyinat onu göstərə bilər ki, Tramp Tehrana qarşı daha mürtəce yanaşmanı seçib.

 

“O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir”, - qəzetə verdiyi müsahibədə xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger deyib. MKİ özü xəbəri, onun gizli olduğunu bəhanə gətirərək, şərh etməkdən imtina edib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.

Xatırladaq ki, İranda etirazlar əsas ərzaq məhsullarının, o cümlədən yoxsulların qarnını doyurması üçün ən əlçatan ərzaq sayılan yumurtanın kəskin bahalaşmasına görə başlamışdı. Lakin İran hakimiyyəti dərhal etirazlara görə məsuliyyəti xarici düşmənlərin üzərinə qoyub.

Aksiyalar başlayandan ABŞ rəhbərliyi, o cümlədən prezident Tramp etirazlara fəal dəstək verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar