Sumqayıtda yanğın olub, 5 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar