PULLARI BAKIDA QAZANIR, RUSİYADA XƏRCLƏYİR - Neftimizin hesabına xeyriyyəçilik edir

Hasil etdiyi neftin həcminə görə Rusiyanın 6 ən iri şirkətindən biri olan “Russneft” 2017-ci ildə xeyriyyəçilik fəaliyyətinə dair məlumatları açıqlayıb. Virtualaz.org xəbər verir ki, şirkət bu məqsədlə 932 milyon rubl (16 milyon dollara yaxın) vəsait xərcləyib. Vəsait təhsil, incəsənət, mədəniyyət, idman və rusiyalıların dini mariflənməsi sahəsində sosial əhəmiyyətli uzunmüddətli layihələrə sərf olunub. Məsələn, “Russneft” Rusiyada həndbol, voleybol və basketbol federasiyalarını dəstəkləyib. Bir sıra məşhur incəsənət festivallarına sponsorluq edib. Uşaq evlərinin sakinlərinin Saratovdakı “Rovesnik” düşərgəsində istirahətini maliyyələşdirib və s.

Qeyd edək ki, “Russneft”in Azərbaycanda da iri neft aktivləri var. Qutseriyev Azərbaycanın qurudakı 16 neft yatağının sahibidir.

2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Lakin Qutseriyevin Azərbaycanda hansısa xeyriyyəçilik fəaliyyətinə dair heç bir məlumat yoxdur. Bu, Azərbaycan neftindən qazanan xarici şirkətlərin ölkədə sosial layihələrə dəstək verməsi və xeyriyyəçiliklə məşğul olması məsələsinə bir daha nəzər salmağa vadar edir. Məlumdur ki, BP və digər Qərb şirkətləri hər il öz büdcələrindən Azərbaycanda sosial layihələrə müəyyən vəsaitlər ayırırlar. Lakin “Lukoil” və “Russneft” kimi Rusiya neft şirkətləri barədə bunu demək çətindir. Ən azından Qutseriyev kimi Azərbaycan neftindən qazanan milyarder üçün ölkənin hansısa ucqar kəndində məktəb və ya tibb məntəqəsi tikmək, yaxud digər sosial layihələrə bir qədər vəsait ayırmaq elə də çətin olmazdı...

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-01-05 13:13:01

Biz öz neftimizin pulunu bu xalqa xərcləmirik, xərclənənində minnəti artıq pay!(məsələn dollar krediti olanlara kömək edilməməsi, pensiya yaşının əsassız qaldırılması və s., minium əmək haqqının türkmənistandan(çurbanıstandan) iki dəfə az olması). Bu yaddellidən nə istəyirsiniz.

dadaşyev 2018-01-05 13:13:01

Aaaa!Adam pulu öz ölkəsinin vətəndaşlarına xərcləyir,heç dəxli var?Başqa ölkədə qazanır,öz ölkəsində xərcləyir.Bizim varlılar isə öz ölkəsində qazanır,başqa ölkədə xərcləyir.SOCAR Azərbaycanda yüz milyardlar qazanır,amma neft zavodlarını Moldovada,Çernoqoriyada-zadda tikir,başqa ölkələrin insanlarının güzəranını yaxşılaşdırır.Hafka Parisdəki futbol oyunundakı azarkeşlərə təkcə bir oyuna 50 min dollar şabaş yağdırır.Amma baxın,bu adam öz ölkəsinin yetim uşaqlarının istirahətini də maliyyələşdirir.

Мири 2018-01-05 13:13:01

Ай гардаш беле йахшы едир. Нейе гере сенин довлетин оз миллетини фикирлешмир. Какой то рус сени фикирлешсинки? Пул газаныр озу билер. Сен кимсен ки онун пулуну сайасан? Сайда о гедер пул йейиллер ки нийе демирсен . Норвегия нефт довлетидир. Бир келме бес эдер.

dadaşyev 2018-01-05 13:13:01

davamı;Hələ onu demirəm ki,Gürcüstanın gürcü və erməni kilsələrinin isidilməsi üçün illərdir müftə qaz paylayırıq,amma il yarım qabaq paytaxtın bir məscidinin qaza borcu vardı deyə qazını az qala kəsəcəkdilər.Öz millətimizin övladlarının 130 manat minimum aylığa möhtac olduğunu bildiyimiz halda başqa xalqlara yüz milyonları sel kimi axıtmağa elə öyrənmişik ki,başqaları öz ölkə vətəndaşlarına pul xərcləyəndə bizə əcaib görünür.Niyə bizə vermirlər deyirik.Niyə verməlidi?Dinin ayrı,dilin ayrı,adətlərin ayrı.

Neft Mühəndisi 2018-01-05 13:13:01

Bu yataqlar öncə türklərə verilib, sonra Rusiyaya(M.Qutserievə...) satılıb. Hələ 50 il sonra Azərbaycana bir qəpik belə qazandırmayacaq "ürək partladan" Cənub Qaz layihəsinə 47 milyardlıq sərmayəni də heç bir xarici ölkə-qurum sifariş verməyib və ya əcnəbi xahiş etməyib!? İqtisadiyyat ən zəruri sorğulara(xalqın ehtiyacına) tənzimlənməli, hakimiyyətin "xarici dirəyi"nə və "daxili dəyənəyi"nə çevrilməməlidir.

dadawyeve 2018-01-05 13:13:01

Bizim heckimin sedeqe-fitresine ehtyacimiz yoxdur a yoldaw,dini bir,dili bir,adetleri bir olanlarimizin sayesinde olkemiz ele inkiwaf edibki,hec dunyada analoquda yoxdur.

dadaşyevə cabab 2018-01-05 13:13:01

Bir şeyi unudursan ki,bunlar bizimkilər deyil.Amma əsil "bizimkilər" xeyirxahlıq edib, kilsıləri, Avropanın uçuqlarını,İspaniya futbolunu,rusiya məktəblərini və s.rekonktrusiya edirlər.Məgər bunun nəyi pisdir? Yaqin ki, bu gündən biri də bizə çatar(nə qədər bu məmurlar var,biz bunları görməyəcəyik).Qonşunun sağ əli bizim başımıza.

Qarabağlı neftçi 2018-01-05 13:13:01

AzPolitika cürətlə "Əlimlə verib, ayaqlarımla axtarıram" məsəlinə toxunub. Bunu birbaşa MM-ə ünvanlamaq gərəkdir! ..əhalinin pay çeki neftə qəbul edilmədi. Digər sahələrə də xarici ortağın payı ən çoxu 49% ola bilərdi? Bəs, ....bunlar hansı millətin vəkili və dövlətin məmurudur?

Mahir 2018-01-05 13:13:01

BİZİM PULUMUZU BİZDƏN BAŞQA HAMI YEYİB KEK ÇƏKİR

X 2018-01-05 13:13:01

VALLAH DEMEYE SOZ TAPMADIM Amma az qaldi ureyim dayana bu yiyesiz olkeye Allah sahib yetirsin bize buda azdi

Son yazılar