İCRA BAŞÇISININ MİLYONLUQ VİLLALARI - Fotolar + VİDEO

xaleddinisgenderovesas11Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...

2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.

Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq  Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir.  Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da  Xaləddin İsgəndərovundur. 

Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir.  Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil. (“Yeni Müsavat”)

635x100

Şərhlər

azer 2018-01-05 13:50:54

Bir az da dəqiqləşdirək

Ardı--------------- 2018-01-05 13:50:54

Vətəndaşın şikayətinə baxılmaması,dövlət əmlakının talan olunmasına, "kiçik padşah"ların bölgələrdə misli görünməmiş Villaların tikintisinə və qanunsuz yolla milyader olmasına gətirib çıxarır. Dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentin öz xidmətlərimizlə etimadını doğrultmaq istəyiriksə birinci növbədə Vətəndaşların müraciətlərinə baxılması diqqət mərkəzində olmalıdır. Vətəndaşı dövlətdən narazı salan qüvvələr yalnız indiki məmurlardır,xüsusi ilə İh və nazirlərdir.Onların işinə PA-dan nəzarət etməlid

S.Ənvər qızı 2018-01-05 13:50:54

Məmurların hamısı demək olar ki, özlərini "padşah" hesab edirlər və bu səbəbli müraciət edən vətəndaşların şikayətinə belə baxmırlar və bilərəkdən vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar.Dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən oğlanlarını "şantaj" edərək işdən azad edirlər,yerinə qeyri-ciddi kadrı,pensiyaçını təyin edirlər,PA-nın aidiyyatı rəhbərləri göz yumurlar və onların yalanlarına inanırlar. Məmurların bu hərəkətləri vətəndaşı dövlətdən narazı salır.

Ələddin 2018-01-05 13:50:54

İN-nin başçıları necə və hansı xüsusiyyətlərinə görə təyin olunduğunu blən varmı və onların işərisində neçə nəfər Azərbaycanın 66 rayononda anadan olanı var?Onların işini kim nəzarət edir* Nəzarət edilirlərsə bu qədər mal-mülk onlara haradandır? Niyə Azərbaycanda uzun illərdir gəlir deklerasiyası tələb olunmur? Bu yaddan çıxöb,yoxsa sərf etmir? Bu suallara kim cavab verə bilər?b

dadaşyev 2018-01-05 13:50:54

Bu villanı ingilisə göstərib soruşsan ki,təxmin edə bilərsənmi dünyanın harasının villası ola bilər?Deyər vallah dünyanın ən varlı adamı Bill Qeytsdi,amma çox sadə adamdı,sadə də evi var,ona görə də ya Rokfellerin ola bilər,ya da ser Çarlz Baskervilin Baskervil-Hollu,Qrimpen bataqlığının qarşısında.Ser Çarlz dədə-babadan ser olub deyə möhtəşəm malikanəsi olub.Desən ki yox,Binəqədi başçısınındı,deyər o da nəsillikcə serdi əlbət.Nə qədər desən a bala,nə ser,biz hamımız dünənə qədər bolşevik olmuşuq,inanmaz.

AAgahuseyn 2018-01-05 13:50:54

Yıxılana balta vurana HARAMZADA deyirlər.Əvvəllər bu barədə hec kim dinmirdi indi hamı sabunsuz ğirir.

Üveys 2018-01-05 13:50:54

Hansi icra başçısı bele deyil? icra başçıları sırf hkmranlıq sürmək və yuxarıların haqq hesabını vaxtında çatdırmaq üçündür. əgər bele olmasa idi yuxarıdakıların qorxusundan icra başçısı villalar ve villalar içində cariyələrə sahib olmazdılar.

G.M 2018-01-05 13:50:54

Bu nə ürəklə bu boyda imarətlər tikdirib..utanmasan toyda oynamaqdan asan heç nə yoxdur.Xaləddin baxsın görsün o boyda nazirlərdən,nazir müavinlərindən,və digər İH Başçılarından,komitə sədrlərindən hansının Villası var..heç birinin..çünki maaşları çatmır..Düzdür bir-iki prokror,polis rəisi,nazir şoferləri və Deputat mandatı olanlarımız İş adamlarından hədiyyə olaraq bahalı maşın və 2-3 mərtəbəli ``Bağ evləri`` alıblar.nə isə,Xaləddin qaynı nazir olduğunu unudub,belə ``xırda`` səhvə yol verib.)))

Abit 2018-01-05 13:50:54

Dünene qeder niye yazmırdın? .... çatmırdı? Adamın kişiliyi olar.Şerhimi vermeyen en ............. şexsdi

Fizuli 2018-01-05 13:50:54

ALLAH insana yaxwi ki,1000-2000 il omur vermeyib.Eger o qeder omur verilseydi bezi unsirler insanlarin qanini iliyini baqirsaqinin icine kimi sumurub yeyerdiler Wykurler olsun ULU TANRIYA O her weyi bilendir ve her weyin hesabini zerger deqiqliyindende deqiq soruwan ve layiq olduqu cezasini verendir INWAALLAH umid ALLAHADIR

Koxa 2018-01-05 13:50:54

Hamsının saglıgna qismet... yeter ki cıxıb yıgdıgnı rahat yesin .....

Asim 2018-01-05 13:50:54

Əlbətdəki biz bu İB-ları ilə "analoqsuz" inkişaf etmişik.Biləcəridə öz torpağında kiçik dam tikmək üçün .. 10000 manat alırlar. ......Ölkə beləcə viran oldu....

Nergiz 2018-01-05 13:50:54

Cholun duzunde bu ziriltini tikibse, gor indi Bakida neleri var!

Asime 2018-01-05 13:50:54

.......... Analoqsuz olkemizin krossvordunun cavabi.

Asim-ə 2018-01-05 13:50:54

Dərəbəylik olan ölkədə hər şey ola bilər.YAP ölkəni sökdü,taladı.oğurladı və batırdı.Allahın cəzasına gələcək.Belə işlər heç zaman cavabsız qalmayıb.Zaman məsələsi.t

Kasıb 2018-01-05 13:50:54

.. məmurlar zəli kimi daraşab milltin qanını sourur ......Bunlar milləti dövləti vicdansızcasına talan qarət edir......Bunlara ancaq pul oğurlamaq lazımdır. Özbaşınalıq baş alıb gedir. ...

oxucu 2018-01-05 13:50:54

....Bu Xaləddin Binəqədi camaatını yaman yandırib.Hamı bizim maaşlarımız,pensiyalarımızdır.Niyə millət 150-200 pensiya almalıdır.Büdcəni bu formada talayanda əlbəttə biz yaman gündə olacağıq.Görün harda villa tikib.bəlkə də heç ildə bir dəfə orda olmayıb.Heç kəsə də lazım deyil o villalar.bilməyib ki pulu hara xərcləsin.Onun səbəbindən hal hazırda yaşadığımız bina uçmaq təhlükəsi ilə üz-üzədir.

REDAKTOR 2018-01-05 13:50:54

XƏTAI RAYON IHB-NİN RAYON ƏRAZİLƏRİNİ QARİS-QARİS HƏRRACA QOYUB SATMASİNİ, QANUNSUZ VƏ OZBASİNA TİKİNTİLƏRƏ RƏVAC VERİB, ƏHALİNİN İRADƏSİNƏ ZİDD HƏRƏKƏTLƏRƏ YOL VERMƏSİNİ GORƏNDƏ AZ QALİRSAN XALƏDDİNİN ƏLİNDƏN OPƏSƏN.YASAMAL RAYONUNDAKİ 20 YANVAR SƏHİDLƏR MEYDANDANİNDAN NİYƏ DANİSMİRSİZ, MƏHƏMƏLİ HƏSİMİNİN DƏRİSİNİ SOYUB GETMƏSİNDƏN NECƏ? QİSA MUDƏTDƏ YAMAN GUNDƏ OLAN MİKRORAYONLARİDAKİ BİNALARİN ƏTRAFİNİN ABADLASDİRİLMASİNDAN NİYƏ DANİSAN YOX?

kohne 2018-01-05 13:50:54

bu En qanicen icra bashcisi nominasiyasinda 2000,2001,2002,2003,2004, 2005,2006,2007,2008,2009,2010,2011,2012,2013, 2014,2015,2016,2017 ci ilde 1- ci yerde olub.2018-erde namizeddir.Elmar Veliyev 2-ci yertdedir.

şəkidən 2018-01-05 13:50:54

Şəkinin icra başçısı usubov elxanın şəkidə 5-dənə villası var , heç kim heçnə demirlər,çünki o adam işə gəlməyərək İB-ı vəzifəsini idarə edir....?

== 2018-01-05 13:50:54

Zövqüzdür. Olsun. Hamısı xalqa qalacaq - gəlinlərə, kürəkənlərə, bizim nəvələrə-nəticələrə. Təki Azərbaycanda tiksinlər.

telebe 2018-01-05 13:50:54

Yeni Musavat yene de oz ampulasindadir.Yeqin ki,xaleddinden bir sey qopara bilmeyib yazib....

YASAR 2018-01-05 13:50:54

BUTUN VARLİXİMLA YAZİLARİMA CAVABDEHƏM.BİNƏQƏDİ RAYON İHB KİMİ TƏKİ BAKİ SƏHƏR İHB LAYİQ OLARDİ. NİYƏ? XƏTAİ RAYON VƏ 20B YANVAR SƏHİDLƏRİNİN ADİNİ ƏBƏDİLƏSDİRƏN MEYDANİ HƏRRACA QOYAN İHB HARA ZİBİLLİKLƏR İCƏRİSİNDƏN ABADLİQ YARADAN BİNƏQƏDİ İHB HARA? GƏLN GƏZİN BAXİN . GOZƏLLİYİ GORMƏYƏNƏ KOR, QƏDRİNİ BİLMƏYƏNƏ NADAN DEYİBLƏR. NƏ İHB TANİYİRİQ. XƏTAİ İHB YAMACDAN QAZİLİB SURUSMƏ ZONASİNDAN SİKAYƏT OLDU 3 DƏNƏ YAMAC QAZİLİR. .... FAKTLAR TƏQDİM OLUNAR

VAHID 2018-01-05 13:50:54

BU MILLET NECE ACINDAN OLMESIN NECE VETENI TERK EDIB RUSYANIN KUCELERINE DUSMESINLER

S.Ənvər qızı 2018-01-05 13:50:54

Villaların qanunsuz vəsaitlərlə inşa edilməsi,birinci növbədə Dövlət əmlakının talan olunmasındam xəbər verir.Vətəndaşlardan mərkəzi icra orqanlarına daxil olmuş ərizələrinə obyektif baxılsaydı,kikiç padşahlar tərəfindən qanunsuz yolla mənimsənilmiş dövlət vəsaitlərinin qarşısı vaxtında alınardı.Hər bir nazirlikdə və komitələrdə layiq oldu, olmadı qohumların mühüm vəzifələrə işə qəbul edilməsi dövlət vəsaitinin öz təyinatı üzrə xərclənməsi nəzarətini itirir,nəticədə dövlət əmlakının talan olunmasına gətirib

Realist 2018-01-05 13:50:54

Günahı başqa yerdə axtarmaq lazım deyil. Günah millətin özündədir. Xalqımız mübariz deyil. Öz haqqını tələb etməyi bacarmır. Seçkilərə biganə yanaşır, mitinqlərə getməkdən qorxur, ..Bir ucdan intihar edir. Əgər bu ölkədə yaşayanlar almanlar, ingilislər və s. olsaydı xaləddin kimilər belə lotuluq etməzdi.

Son yazılar