MTRŞ-dən “Space”in yalan məlumat yaymasına münasibət - VİDEO

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televizyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: “Əlbəttə, bu baxımdan “Space”in alpinistlərin axtarışları ilə bağlı reportaj hazırlaması normaldır. Lakin belə həssas məsələlərdə diqqətli olmaq vacibdir”.

Qurum rəsmisi əlavə edib ki, itkin düşənlərin taleyi həm cəmiyyəti, həm də onların yaxınlarını həssaslıqla maraqlandırır: “Bu mənada, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı. Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”.

635x100

Şərhlər

G.M 2018-01-05 15:38:01

AZ TVlərdə yalan olmur...yəni hər şey elə bu vəziyətdədir..buna yalan deyillərsə bəs onda ``düz `` nətəər olur.

dadaşyev 2018-01-05 15:38:01

Bu kanal başdan ayağa toyxana kanalı və ən bərbad kanal olduğu üçün üstünə çox getməyə dəyməz yəni.Nə vaxt açsan,görərsən toyxananın ortasıdı,30-40 adam da "Dəli Kür"də dəf çalan Mirzə Babayevin dəstəsi kimi oynamaq adıynan tullana-tullana yorğa gedirlər.Kişi qadına,uşaq böyüyə qarışıb.Bircə o rəhmətliyin səsi çatmır,desin "Adə mərəs u,Sadə mərəst u,Allah Allah Allah Allah".Bu kanala cəza vermək yox,bu kanalı ləğv etmək lazımdı.

ali 2018-01-05 15:38:01

SPASE-nin hər tutdugu iş rəzilliklərlə dolu olur.Hansi proqramini desən eymiylə Mikayəlin verilişi səviyyəsində yəni səviyyəsizliyindədir. Utanib xəcalət çəkmirlər.

Son yazılar