«Poroşenko və Putin mənə qarşı birləşib» - Mixail Saakaşvili

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) eks-qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukrayna və Rusiya liderləri bu məsələni dekabın 29-da telefon danışığı zamanı müzakirə ediblər.

Saakaşvili bu barədə «NewsOne» telekanalına verdiyi müsahibədə söhbət açıb və bu zaman öz mənbələrinə istinad edib.

Bundan əvvəl siyasətçi bəyan etmişdi ki, Kiyevin mərkəzində onun saxlanması Federal Təhlükəsizlik Xidmətinin (Rusiya) və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) birgə əməliyyatı olub.

Ukraynada Saakaşvili cinayətkar qruplaşmaların üzvlərinə dəstək verməkdə günahlandırılır. Məhkəmə istintaqı zamanı məkəmə onu həbs etməyə lüzum görməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar