Ötən il valyuta hərraclarında 3,7 milyard dollar satılıb

Azərbaycan Dövlət Neft Fondu ötən ay valyuta hərraclarında satılan doların həcmini açıqlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, qurum tərəfindən 2017-ci ilin dekabr ayı ərzində 584,8 milyon dollar məbləğində vəsait satılıb.

Ümumlikdə ötən il ərzində Dövlət Neft Fondu valyuta hərraclarında 3,7 milyard dollardan artıq valyuta satıb.

635x100

Şərhlər

İxtisassız Ekspert 2018-01-05 18:42:58

Hər hansı istehlak kreditinə və adambaşına 20 kv.m-dən az mənzil girovu ilə hər hansı kreditə qanunla qəti qadağa gərəkdir. Vətəndaşların ödəyə bilmədiyi kreditləri isə elə həmin 3,7 milyard dolların manat qazancı ilə birdəfəlik ödəmək ədalətli olardı. Yoxsa, hansısa "İstehsalçı" ilə "Bankir" sövdələşib məhsulu (kreditə-tələbat növbəsindən kənar) borca satırlar. Heç bir keyfiyyətli istehsaldan və dürüst fəaliyyətdən bir ildə ən çoxu 10-20% gəlir gözlənir. 3-11%-nə veriləcək kreditlər azı 3 dəfə yüksəkdir!?

Son yazılar