Bakının əsas yollarında sıxlıq müşahidə edilir

Hal-hazırda Bakıda nəqliyyatın hərəkətində sıxlıq olan küçələrin adları açıqlanıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, hazırda paytaxtın H.Əliyev (şəhər mərkəzindən metronun “Koroğlu” stansiyası istiqamətində), Z.Bünyadov (hər iki istiqamətdə), Bülbül və M.Useynov prospektləri, Ü.Hacıbəyov, K.Rəhimov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar