Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğu avtomobil minaya düşüb.

RİA “Novosti” Yəmən hərbi mənbəyinə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb.

Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi də partlayış nəticəsində sağ qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar