«QANUNİ OĞRU»LAR BÖYÜK SAVAŞA BAŞLAYIRLAR! - Lotu Qulinin Rusiya həmləsi niyə uğursuz oldu?

Bir neçə «qanunçu»nun azadlığa çıxması və «bosların bosu» postu uğrunda mübarizə kriminal aləmdə «sakit il» olacağına inam yeri qoymur

Həyatımıza yenicə qədəm qoymuş 2018-ci il «qanuni oğru»lar aləmində ən maraqlı il olacağı vədini verir. Bunun bir neçə səbəbi var.

Birincisi, koloniyadan bir dəfəyə üç «qanuni oğru» çıxacaq və onlar kriminal mühitə əhəmiyyətli təsir göstərə biləcək personlardır.

İkincisi, məşhur qanqster Nadir Səlifov (Lotu Quli) fəal şəkildə özünün təsir dairəsini genişləndirməkdə davam edir ki, bu da çoxsaylı qurbanlar vəd edir.

Üçüncüçü, vakantlanmış «1 №-li qanuni oğru» postu uğrunda mübarizə getdikcə kəskinləşir.

QANLI QULİ

2017-ci ildə «oğru» dünyasında ən əhəmiyyətli hadisələrdən biri «kriminal qanqster» Nadir Səlifovun azadlığa çıxmasıdır. O, Türkiyədə yuva qurub - öz klanını formalaşdırmağa başlayıb və «1 №-li qanuni oğru» postuna iddiasını ortaya qoyub.

Bunun üçün Səlifovun Rusiyada olması lazımdır. Odur ki, Quli dərhal Rusiyaya gəlməsi üçün hazırlığa başlayıb. O, Moskvaya özünün nümayəndəsini - «qanuni oğru» tituluna malik olan qardaşı Namiq Səlifovu (Namik Bakinski) göndərib. Namiq Azərbaycan diasporuna xeyli məhsuldar şəkildə izah etməyə başlayıb ki, onların kriminal «boss»u kimdir. Əksəriyyət Səlifovların iddiaları ilə «döyüşsüz» razılaşıb. Bazarlardan, iri firmalardan Lotu Qulinin «hesabı»na köçürmələr daxil olmağa başlayıb. Yalnız bircə obyekt onun üçün əlçatmaz qalıb - Kaluqa şossesindəki nəhəng bazar.

Hazırda orada iki nəfər isti yuva qurub - Zaur və Məhərrəm. Birinci, mərhum Rövşən Caniyevin (Rövşən Lənkəranski) qohumudur. Məlumdur ki, Rövşən Türkiyədə güllələnərək, öldürülüb. Hesab edrlər ki, bu qətl Lotu Qulinin iştirakı ilə baş tutub. Rövşənin ölümündən sonra Zaur qohumunun bir sıra paytaxt aktivlərini, o cümlədən, Kaluqa şossesindəki bazarda mövqeyini qoruyub saxlaya bilib.

Məhərrəm bir vaxtlar məşhur Pokrovski bazarının «xozeyni»olub və bazar bağlandıqdan sonra elə həmin biznesdə «dolaşmağı» davam edib. Sonra isə uzun müddət «kölgəyə çəkilmək» zorunda qalıb. Bir sıra «tarixçə»lərdən dolayı, «qanuni oğru» Zaxari Kalaşovun (Şakro Molodoy) ondan xoşu gəlməyib. Belə şəraitdə onun gözə görünməməsi daha optimal variant hesab olunub.

Şakronun həbs olunmasından dərhal sonra Məhərrəm paytaxta qayıdıb və ləngimədən Zaurla koalisiyaya girib. Nəticədə Zaur və Məhərrəm Kaluqa şossesindəki bazarda özlərinin mənzil-qərargahlarını təşkil ediblər. Onlar burada Azərbaycan diasporunun nümayəndələrini qəbul edir və onların ən müxtəlif problemlərini cözürlər.

Belə vəziyyət heç vəchlə Qulini qane etmir - onun dəqiq mövqeyi belədir: Azərbaycanlıların bircə kriminal lideri var - Lotu Quli. Ancaq Namiq Moskvada situasiyanı həll edə bilməyib, Quli özü isə obyektiv səbəblərdən dolayı, Moskvaya gələ bilməyib.

Heç gözlənilmədən, Nadir Səlifov adam oğurluğu və hədə-qorxu gəlməklə, pul tələb etmək ittihamı ilə axtarışa verilib. Bundan sonra, Namiq tələm-tələsik Türkiyəyə qayıdıb.

Qardaşlar, Rusiyadakı uğuqsuzluqlarının günahkarının Zaur və Məhərrəm olduğunu gizlətmirlər. Bu da həmin cütlüyə yaxşı heç nə vəd etmir. Odur ki, Zaur və Məhərrəm çox güclü mühafizə ştatı (o cümlədən, «FQUP Oxrana»-nın nümayəndələrindən ibarət) yaradıblar. Mühafizə onları evlərindən «mənzil-qərargah»a qədər müşayiət edir. Onlar ictimai yerlərdə görünməməyə çalışırlar. Əməliyyatçılar, bir tərəfdən Zaur və Məhərrəm, digər tərəfdən isə Səlifov qardaşları arasında «müharibə»nin böyük itkilərlə, aktiv fazaya keçəcəyini gözləyirlər.

Qeyd etməyə dəyər ki, Lotu Quli nəinki azərbaycanlıların diasporu arasında, həm də Türkiyənin qanqster mühitində (SSRİ-dən çıxmalar arasında) «1 №-li» olmaq istəyir. Hüquq-mühafizə orqanlarındakı mənbələr hesab edirlər ki, digər bir «qanunçu»nun - David Alxanaşvilinin (Dato Pankisski) öldürülməsi məhz bununla bağlıdır. O, Pankis dərəsində anadan olub, etnik çeçendir və Türkiyədə də bundan yararlanıb.

Mənbələrin sözlərinə görə, Dato İstanbulda özünəməxsus «həll edən» statusu qazanıb və kriminal aləmin müxtəlif nümayəndələrinin - biznesmenlərin və qanqsterlərin problemlərini «yoluna qoymaq»la məşğul olub. Məsələn, son zamanlar Bato ən nüfuzlu çeçen «qanunçu» Əziz Batukayevlə (Əziz) yaxın münasibətlərə girib. Özünün bu fəaliyyəti dövründə Alxanaşvili bir neçə dəfə Qulinin «yolundan keçməyə» cürət edib. Quli isə əmindir ki, Türkiyənin iş adamları və mafioziləri özlərinin problemləri və uğursuzluqları ilə yalnız ona müraciət etməlidirlər. Nəticə - Datonu güllələyiblər. Nəzərə alsaq ki, Türkiyədə Səlifovun sevmədiyi hələ çoxlu sayda «qanunçu» (o cümlədən, Merab Canqveladze klanı) var, o zaman 2018-ci ildə bu ölkədə çox «isti» keçəcəyi gözlənilir.

Bu sıraya onu da əlavə etmək olar ki, Səlifovun hələ Abxaziyada həll olunmamış problemi qalır. Bir sıra yerli «qanunçu»lar Raul Bartsbanın (Pıza) pəhbərliyi altında Qulinin iki «atlısı»nı döyüblər. O zaman Quli oraya «ağır artilleriya», o cümlədən, özünün ən yaxın silahdaşı Rəşad İsmayılovu (Rəşad Gəncinski) göndərmişdi. Pıza opponentlərinə tapançadan atəş açaraq, Rəşadı yaralamışdı. Şübhəsizdir ki, Lotu Quli bunu heç vaxt bağışlayası deyil...

TAXT-TAC UĞRUNDA MÜBARİZƏ

Nadir Səlifov məqsədinin «1 №-li qanuni oğru» postuna yiyələnməklən ibarət olduğunu gizlətmir. 2017-ci ilin sonuna qədər bu postu Zaxari Kalaşov tutub. Şakronu uzun müddətli həbs gözlədiyi aydın olarkən, o, «kriminal general» Vasili Kristoforovu (Vasya Voskres) özünün varisi elan etdi. Voskres mafioz darilərdə ağır çəkiyə malikdir və slavyan mənşəli nüfuzlu «qanunçu»larla yaxın münasibətləri var. Ancaq Qulinin güclü təzyiqi altında onun tab gətirə biləcəyi «böyük sual işarəsidir».

Digər mafiozilər də «taxt-taca» öz iddialarını elan ediblər. Məsələn, Eduard Asatryanla (Edik Osetrina)Damitri Çanturiya (Miron). Onlar hətta güclü klan formalaşdırmağa başlayıblar. Bu zaman qanqsterlər sualla qarşılaşıblar - Osetrin-Miron qruplaşmasına birləşsinlər, yoxsa Qulinin müttəfiqlərinə? Belədə, əksəriyyət Qulini seçib. Məsələn, mafiozi Gela Kardava sonuncunu seçib. Digər tərəfdən, Osetrina-Miron birliyi suallar doğurur, çünki Çanturiya elə həmin Gela ilə birlikdə Osetrinanın döyülməsində iştirak edib. Nəticədə, Asatryan diqqətini başqa layihəyə cəmləşdirib - hazırda o, Donbasdakı kriminal hərəkata başçılıq etməyə cəhd göstərir...

Laşa Şuşanaşvili (Laşa Rustavski) də «taxt-taca» iddia edə bilərdi. O, Yunanıstanda möhkəm «oturub». Amma məlumdur ki, o, bir neçə dəfə Quli ilə münasibətdə olub - həm də onların hər ikisi Merab Canqveladzeni sevmir və bu səbəbdən dolayı, bir-birinə qarşı durmazlar.

Başa bir namizəd də Vladimir Tyürindir (Tyürik). O, iki hadisədən sonra «çempion yarışı»ndan çıxıb. Birincisi, onun sadiq dayağı Yuri Piçugini (Piçuqa) həbs etdilər. İkincisi, Ukrayna Tyüriki Dövlət Dumasının eks-deputatı Denis Voronenkovun ölümündə iştirakda ittiham edir...

Yuri Verşov

Çevirdi: Mirzə AĞ

635x100

Şərhlər

Redaktor 2018-01-06 13:30:16

Bir vaxtlar qanunu oğru adini cinayətkar aləmin ən yuksək təbəqədəki insanlari verirdilərsə, amma bu gun bu cur adlari aidiyati olan olkə bascilarinin raziliği olmadan almaq muskul məsələdir.

t.ədalət 2018-01-06 13:30:16

"Oğru dünyası"ən güclü qanun orqanı olan dövlət tərəfindən idarə olunur.Bu "dünyanın vətəndaşları" örtülü cinayətlərin açılmasında dövlətin əlində olan bir vasitədir...

Son yazılar