MİKAYIL CABBAROVDAN YENİ TƏYİNAT - Elman Rüstəmovun keçmiş müavininə vəzifə verdi

Mərkəzi Bankın sabiq sədr müavini vergilər nazirinin müşaviri təyin olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub. Bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

X.Abdullayev özü “APA-Economics”ə faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.

Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb. 2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb. 2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib. 2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib. 2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib. 2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.

635x100

Şərhlər

G.M 2018-01-06 13:53:53

Kaş o gün gələydi ki,M.Cabbarov yoldaşın məqsədi-məramını anlamasaq da, bircə cümləsini başa düşəydik..

Bizim hara getdiyimizi bilən var??? 2018-01-06 13:53:53

Vergilər Nazirliyindəki yeni təyinatlar bir sualı çox maraqlı edir – ölkədə vergi siyasətinin təkmilləşdirilməsi, iqtisadi artımı sürətləndirə biləcək əsaslandırılmış vergi sisteminin fomalaşması heç kimə lazım deyil, yetərki dünya bazarlarında neftin 1 barr. 60-70 ABŞ doll. intervalında dəyişsin??? Birdən olmadı???

********* 2018-01-06 13:53:53

Effektiv menecer - ilk növbədə, ətrafında yüksək peşəkarlar deməkdir.....)))) menecerin effektivliyidə elə budur.....))))) yoxsa sən ağa, mən ağa, inəkləri kim sağa???.....))))))) nə müzakirə olunacaq Vergilər Nazirliyinin Direktorlar Şurasında – vergi yığımı planı 100,1% yerinə yetirilib??? Vəssalam??? Əsas vergi ödəyiciləridə neft sektoru, iri dövlət şirkətləri, bir də Gömrük komitəsindən daxil olmalar???....))))) Nəyə lazımdır belə Vergilər Nazirliyi??? Kimsə Nazirliyə çəkilən dövlət xərclərinin heç olmasa səmərəliliyini qiymətləndirir???

Son yazılar