FAZİL MƏMMƏDOV LİTVAYA SƏFİR GEDİR – Milyonluq mülklərinə nəzarət edə biləcək + FOTOLAR

Dərc olunub: 06/01/2018 - 15:12

fazil_m767_431-1512558372

Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədov səfir təyin oluna bilər. BakuPost.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan keçmiş nazir bunun üçün bütün əlaqələrini işə salıb. İddia olunur ki, hətta F. Məmmədovun səfir təyin olunması üçün razılıq əldə olunub və bu post məhz bu səbəbdən boşaldılıb və hələ ki təyinat yoxdur.

Məlumata görə, keçmiş vergilər naziri Litvada, Vilnüs şəhərində “Holiday inn” və “EC Hotel”  (Hotel Europa City )kimi tanınan məşhur otellərə, başqa daşınmaz əmlak və restoranlara sahibdir. O, həmin mülklərini əlində saxlamaq və onlara yaxından nəzarət etmək üçün diplomatik karyeradan faydalanmağa çalışır.

890368_199_zXatırladaq ki, Həsən Dilsuz oğlu Məmmədzadə dekabrın 8-də Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Tacikistan Respublikasına səfir təyin edilib.

Qeyd edək ki, “AzPolitika.info” hələ ötən ilin yayında mötəbər mənbələrə istinadən Fazil Məmmədovun vəzifəsindən azad ediləcəyi,   bu üzdən sa onun “çemodan əhval-ruhiyyəsində” olduğu və səfir təyinatı üçün çalışdığı barədə məlumat vermişdi. Mənbələrimiz bildirirdi ki, vergi naziri xarici ölkələrin birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib : ” Və bununla bağlı “yuxarılara” xahişdə də bulunub. Məhz hansı ölkəyə təyin olunmaq istəyi barədə məlumat olmasa da, sözsüz ki, illər boyu “çəkdiyi zəhmətin” bəhrəsini görmək və dadını çıxarmaq, yığdıqlarının toxunulmazlığına təminat almaq və s. baxımından səfir postundan ideal bir mövqe təsəvvür etmək çətindir. Və bilindiyi kimi, Azərbaycanda belə presedentlər kifayət qədərdir…”.

Mənbələrimizin Fazil Məmmədovun vəzifəsindən azad ediləcəyi xəbəri təsdiqini tapdı. Gözləyək görək, sabiq nazirin səfir təyin edilmək arzusu da reallaşacaqmı?

Onu da qeyd edək ki, Fazil Məmmədovun Litvadakı biznes layihələrini də əvəllər Vergilər Nazirliyində. sonra da isə sabiq nazirin ailə şirkətlərində çalışmış Qafar Qurbanovun idarə etdiyi bildirilir. O, 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur.

Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. “Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir.

Onun adı Monteneqronun Kumbor adasından tutmuş,  Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır.  Azadliq radiosunun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle Investments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir.  Kifayət qədər iri bir şirkət olan “Triangle Investments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlakar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar.

Qrupun  LitvadaKI iki lüks oteli ilə yanaşı, Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində,  İngiltərənin paytaxtı Londonda, Fransada  və  hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur.

Fazil Məmədovun səfir təyin olunmaqla bütün bu əmlaklara və bisnes obyektləri birbaşa nəzarət etmək istədiyi iddia olunur. 

R. Əliyev  
AzPolitika.info

5173678Europa-City-Vilnius-photos-Exterior-Hotel-information


loading...




Fikrinizi bildirin