BAKIDA SƏRNİŞİN AVTOBUSU DƏRƏYƏ AŞDI - Yaralıların adları açıqlandı +FOTOLAR

Zığ şosesində 175 saylı xətt üzrə (Xətai metrosu-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 şəxsin kimliyi bəlli olub. 3 saylı şəhər Xəstəxanasından APA-ya bildirib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib.

Xəsarət alanlar bunlardır:

Həsənov Taleh (1998)

Qurbanova Mətanət (1960)

Məhərrəmov Elcan (2003)

Nəbiyeva Səliqə (1959)

Ağayeva Səbirə (1975)

Məmmədli Aygün (2002)

Namazov Sədi (1938)

Məmmədov Rüstəm (1964)

Teymurova Afət (1974)

Yedyarova İrina (1975)

İsgəndərova Aygün (1981)

Savgin Vasiliy (1975)

Hüseynli Müşfiq (1998)

Babayeva Tahirə (1936)

Cəfərova Sevda (1961)

***

Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib.

* * *

Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 30-dan çox insan yaralanıb.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

* * *

Bakıda sərnişin avtobusu aşıb.

APA-nın xəbərinə görə, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

[gallery size="full" ids="384061,384062,384063,384064,384065,384066"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar