«Gürcü legionu» Ukrayna ordusunu tərk etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Gürcü legionu» adı ilə məşhur olan və Donbasda Ukrayna silahlı qüvvələrinin (USQ) tərkibində döyüşən hərbi hissə 54-cü briqadanın tərkibindən çıxdığını bəyan edib. Buna səbəb kimi, komandanlığın qeyri-kompetentliyi və qanundankənar fəaliyyəti önə çəkilir. Bu barədə hərbi hissənin «Feysbuk»-dakı məlumatında söhbət açılır.

«2017-ci il dekabrın 20-də «Gürcü legionu» özünün tam tərkibi ilə 54-cü briqadanı tərk edib. Buna səbəb komandir Aleksey Maystrenko və ətrafının qeyri-kompetent fəaliyyəti və qeyri-qanuni əmrləridir. 16 dekabr 2017-ci il tarixində keçirilmiş əməliyyatın detalları barədə yaxın günlərdə mütləq mətbuat konfransında məlumat verəcəyik. Bu əməliyyatda «Gürcü legionu»nun və 25-ci batalyonun 11 döyüşçüsü yaralanıb... » - xəbərdə deyilir.

Legionun nümayəndələri onu da bəyan edirlər ki, briqadanın komandanlığı hərbi hospitaldan gürcü döyüşçüləri deportasiya etməyə cəhd göstərib, çünki onlar «komandirin qanunsuz əmrləri» barədə danışa bilərdilər.

Bundan başqa, onlar komandanlığı, legionçuların şəxsi əşyalarını, nəqliyyat vasitələrini, o cümlədən, volontyorlar tərəfindən verilmiş zirehli jiletlərini və «kaska»larını əllərindən almaqda günahlandırırlar.

Məlumat üçün bildirək ki, «gürcü legionu» 2014-cü ildə Donbasda Ukrayna hərbçilərinə kömək məqsədilə yaradılıb. Şəxsi heyəti 100 nəfərdən ibarət bu hərbi hissə 2016-cı ildə 54-cü mexanikləşdirilmiş briqadanın tərkibinə keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar