Sahibkar qadına qarşı quldurluq edən qohumların cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Polad Abasov və Eldar Muradovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə hər iki şəxsin əməlini Cinayət Məcəlləsinin (CM) 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsindən həmin Məcəllənin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib. P.Abasovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 4 il, E.Muradovun isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirib.

Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılılıb.

İttiham aktına əsasən, P.Abasov özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu E.Muradovla 14 fevral 2016-cı il tarixdə "VAZ-21099" markalı 10-KJ-929 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbala küçəsi 78 ünvanında yerləşən Nəciyeva Şəfayət Xanqulu qızına məxsus ərzaq mağazasının yanına gəliblər. P.Abasov həmin avtomobili qohumu Bəxtiyar Sarıyevdən müvəqqəti sürmək adı ilə götürüb.

Mağazanın qarşısına gələn zaman E.Muradov avtomobildən yerə düşüb. Bu zaman Ş.Nəciyeva mağazanın qapısını bağlayarkən əlindəki əl çantasını mağazanın yanında olan taxta yeşiklərin üzərinə qoyub. O, qadının çantasını götürərək maşına əyləşib və ərazidən uzaqlaşıblar.

Nəticədə hər iki şəxs Ş.Nəciyevanın 1430 manat pulunu, 35 manat dəyərində əl çantasını quldurluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abasov 8 il və E.Muradov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar