Bakıda noutbuk və planşet oğruları saxlanıldı

Paytaxtın Nərimanov rayonu ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazadan isə planşet oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar