İsmayıllıda 28 yaşlı qadın dəm qazından zəhərlənib

İsmayıllı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar