İranda rejimə dəstək mitinqləri davam edir

Dərc olunub: 07/01/2018 - 00:05

223222_res_01İranda hökumətə və bu yaxınlardakı etiraz aksiyalarının qınanmasına dəstəyin əlaməti olaraq dinc nümayişlər ikinci gündür davam edir.

Virtualaz.org bildirir ki, bu barədə İran telekanalı Press TV xəbər yayıb.

Telekanalın məlumatına görə, nümayişlərdə bir neçə min insan iştirak edir. Aksiyalar bütün ölkə üzrə keçirilir.

Daha əvvəl IRNA agentliyi bildirirdi ki, dünənki cümə namazının ardınca Tehran əyalətinin bütün şəhərlərində ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

İştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində, o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.








loading...


Fikrinizi bildirin