İRANIN SABİQ PREZİDENTİ HƏBS OLUNUB! - Əhmədinecat aksiyalara görə ittiham olunur (Yenilənib)

İranın eks-prezidenti Mahmud Əhmədinejadın həbsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, keçmiş prezidenti ölkədə iğtişaşları qızışdırmaqda ittiham edərək Şiraz şəhərinə səfəri zamanı həbs ediblər. Hələlik İran hakimiyyəti Əhmədinejadın həbsini təsdiq etməyib. Habelə keçmiş prezidentin həbsinin hansı tarixdə baş verdiyi də məlum deyil.

Bununla belə Tehrandakı mənbələr bildirir ki, Əhmədinejadı Şirazda Ali dini lider Əli Xameneyinin şəxsi razılığı və göstərişi ilə həbs ediblər. Həbsdə əsas səbəb kimi keçmiş prezidentin yanvarın 4-də Buşəhrdə etirazçılar qarşısında çıxışı göstərilir. Həmin çıxışında Əhmədinejad bildirib ki, “bəzi yüksək vəzifəli məmurlar” insanların problemlərindən uzaq düşüb və cəmiyyətdəki real vəziyyətdən bixəbərdir. “İran bu gün təsərrüfatsızlıqdan ziyan çəkir, iqtisadi resursların qıtlığından deyil”-keçmiş prezident bildirib.

Ancaq İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

TASS xəbər verir ki, bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.

"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", - deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.

Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.

***

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Al-Quds Al-Arabi" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.

Bu halda o, prezident Həsən Ruxani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.

 

 

635x100

Şərhlər

Cəmşid 2018-01-07 21:50:50

Sanıram Mollalar putulkadan çıxan cini yanlış adamda axtarırlar. Çünki, putulkadakı cin Əhməd deyil. O cin şeytan cilidində Molllaların əbasının altında. O cin ki, o artıq Baş mollanın portretinii yandıracaq qədər böyüyüb. Yəni sözün canı o ki, cinin yenidən putulkaya soxulması müşkül.

Son yazılar