2017-ci ildə 5 min nəfər Ukrayna vətəndaşlığından məhrum edilib

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

"Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib", – deyə bəyanatda bildirilir.

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib. 1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar