Suriyada güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, 70-i yaralanıb
Baxiş sayı:
Dərc olunub:
07/01/2018 - 23:40
Suriyanın İdlib şəhərində baş verən güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, daha 70 insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Agentlik şəhərdə avtomobillərin park edildiyi ərazidə ard-arda 4 partlayışın qeydə alındığını yazıb.
"Sky News Arabiya"nın məlumatına görə, İdlibdə minalanmış avtomobil partladılıb. Partlayış Qafqaz qruplaşması adlanan qərargahın yaxınlığında baş verib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.