MAAŞLARI ARTIRILIR - Aylıq 800 manat əlavə...

millimeclis2_116

“Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iclasına çıxarılacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, deputatlar yaz sessiyasının iclasında qanun layihəsinə dəyişikliyi müzakirə edəcəklər.

Sözügedən dəyişikliyin bu qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) təklif edildiyi bildirilir. Həmin dəyişiklikdə isə deputatların vəzifə maaşının artırılması öz əksini tapacaq.

Bu dəyişikliyin gündəmə gəlməsi Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinin artırılaraq 25 milyon 432 min manata çatdırılması ilə əlaqədardır.

Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinə əlavə edilən vəsaitin 68.8 faizinin əmək haqqına sərf olunacağı gözlənilir. Yerdə qalan məbləğin xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlərə yönəldiləcəyi bildirilir.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının iclaslarında bir neçə dəfə deputatların maaşını artırmaq təklifi gündəmə gətirilmişdi.

* * *

Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.

Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.

Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.

"2018-ci ilin dövlət büdcəsi haqqında" Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı hazırda 1575 manat təşkil edir. Artımdan sonra bu rəqəm 2375 manat olacaq...

Məsələyə Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı da münasibət bildirib:

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.

O,  APA-ya açıqlamasında  qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.

635x100

Şərhlər

t.ədalət 2018-01-08 16:39:11

Deputatların maaşının artırılması halqa qarşı bir həqarətdir.İş yerləri olmayan,dolanışıq xərci üçün maliyyə ehtiyacı içərisində vurnuxan bir ölkədə xalqı unudub bu qədər nəfsgirlik etmək əxlaqa sığmayan cəhətdir.Ölkədəki sosial durumun ağırlaşmasına biganə qalaraq xalqın taleyindən oğurlanmış o pulu yemək heç insafdan deyil..

Müfəttiş 2018-01-08 16:39:11

Bunların əksəriyyəti sahibkar və biznesmendir. 800-də elavə edin bəlkə gözləri doydu...

pensiyaçı 2018-01-08 16:39:11

Deputatlar məgər minimum əmək haqqı alırdılar? Hər birinin obyektləri,monopoliyası,bütün qohumlarını işlə təmin ediblər.Güya onlar az əmək haqqı alırdılar? Bu xalqı heçə saymaq,millətin vəziyyətindən,işsizlikdən ,pensiyaların məbləğindən xəbərsiz olanların əməlidir.Onsuz da deputatlar formal olaraq toplaşıb dağılışırlar.Onlardan ölkəyə heç bir fayda yoxdur və olmayıb. Adi deputatın aylıq maaşı orta əmək haqqından 4 dəfə çox olduğu halda buna hansı lüzum vardı. Bu bağışlanılmaz səhv və lüzumsuz addımdı

X 2018-01-08 16:39:11

Guya deputat maaslami dolanir?sizi ele maasina mohtac qalasiz ora MM yox biznezle mesgul olan cemiyyetin toplumudu derdimiz hara derman hara

VƏTƏNDAŞ 2018-01-08 16:39:11

ORTA ƏMƏK HAQQİNDAN 4 DƏFƏ COX ALİRLAR DEPUTATLAR .ƏGƏR PENSİYANİ 6.7 FAİZ YƏNİ ORTA AYLİQ ƏMƏK HAQQININ ARTİM FAİZİ QƏDƏR DƏ ONLARİN MAAŞİ ARTMALIDİR YOXSA AYRI-SEÇKİLİ KOLUR

AZER 2018-01-08 16:39:11

1575 MANAT O DEMƏKDİR Kİ.MİNİMUM ƏMƏK HAQQİNDAN 13.5 DƏFƏ COXDUR.COX GÜLMƏLİDİR.DEPİUTATLARİN ƏMƏK HAQQİNİ DA MİNUMUM ƏMƏK HAQQİNA BAQLAMAQ LAZİMDİR.ONDA ƏDƏLƏTL İOLAR.MİNİMUM ƏMƏK HAQQI NƏ QƏDƏR ARTSA O QƏDƏR DƏ ONLARİN Kİ ARTSIN

Мири 2018-01-08 16:39:11

Правильно делают пока народ спит сладким сном. Дальше ..... Потому нормальных людей в Азер.не..не осталось. Остаются только ...

omer 2018-01-08 16:39:11

Halal howlari..50%pis artim deyil.yeqin pensiyalarida 30-40%artirarlar

vaqif 2018-01-08 16:39:11

minimum əmək haqqının 10 mislindən artiq almamalıdir millət vəkılı .onda onlarin özləri də maraqlı olar ki minimum əmək haqqını artırsınlar

Pensiyaçı. 2018-01-08 16:39:11

Hökumət bilərıkdən xalq arasına ayrı seçkilik salıb.İşləri,nazirlikləri ayırıb "dövlət qulluğu" adı ilə özlərinə yüksək pensiya düşünüblər.Bəs hal-hazırki pensiyaçılar kimə qulluq edib?İnsanın hrada çalışmasının nə fərqi var.Əsas dövlətə olan vergiləri ödəməkdir ki,bunu da hətta ğzəl firmalarda işləyənlər də vaxtında ödəyir.Belə halda bu ayrıseçkilik haradan və nə üçün çıxdı? Məgər biz başqa dövlətə və ya şəxsə işləmişik? Bu absurd deyilmi?

XX 2018-01-08 16:39:11

Bu olkede yaxsi yasamaq ucun ya deputat olasan yada xanim mugenni

XX 2018-01-08 16:39:11

Yadimnan cixdi yada prezervativ

dadaşyev 2018-01-08 16:39:11

Nə az artırıblar?A balam,görürsünüz yaşaya bilmirlər,maaşa qulluq eliyən adamlardı,dükandan-bazardan nisyə dəftərinə yazdırıb pendirdən-çörəkdən alırlar,əşi bir əməlli başlı artırın da.Özlərinin də gecə-gündüz acqarına millətin dərdini çəkməkdən belləri bükülüb.Yazıq deyillərmi bunlar?İnsaf zad qalmayıb ee mən ölüm.1500 artırın,3700 artırın,qoyun da yaşasınlar.Millət yaşayammır cəhənnəm,heç olmasa bunlar yaşasınlar,bir xoş gün görsünlər.

Mühəndis B. 2018-01-08 16:39:11

Millət Vəkilinin azı 2500, sədrinin heç olmazsa 4000 manat maaş alması uyğun və haqlıdır. Mümkün deyilsə, saylarını 25 nəfər ixtisar etmək olar. Faydalı işə-doğulduqları rayonun icra hakimiyyətinə göndərmək dövlətə də İnsan kapitalı kimi səmərəli olar.

G.M 2018-01-08 16:39:11

Xalqımızı təbrik edirəm..Allah Dualarımızı və siyavuş məllimin səsini eşitdi.deputatların maaşları 800 manat artırıldı.Oldu 2800 manıt.Allah hər kəsə bax beləcə yatdığı yerdə havayı pul qismət eləsin.Gün o gün olsun ki,Xalqımız üçün də dua və əsil(5-6 nəfər) Deputatlarımızın səsi Allah Dərgahına çatsın.

AAgahuseyn 2018-01-08 16:39:11

T.Ədalət. Sizinlə tam razıyam onlar secki vaxtı mələk donu ğeyirlər eləki secildi deyirlər Siz kimsiz məni hökumət secib. Hökumətə də ləkə atırlar.Bizim aldıqımız pensiya komunal xidmətə catmır.İndi qardaşım təqaüdə cıxmaq istəyir deyirlər sənin iş stajın 25 ıl yoxdur.İş yeri varki işləyəsən.Bax belə.

Abit 2018-01-08 16:39:11

Yeyin qarnınız doysun,teki siz tox olun biz dözecik aclığa.Dünyada tayınız beraberiniz yoxdu

NURəddin 2018-01-08 16:39:11

BELƏ NƏHƏNG BİR FƏRQLƏ ÖZ XALQINDAN AYRILAN DEPUTATALAR YAXŞI OLARDI Kİ, QAPALI BİR İCLAS KEÇİRİB HÖKUMƏTDƏN ONLARA PAKET MAAŞI VERİLMƏSİNİ TƏKLİF EDƏRDİLƏR. BELƏ OLSA İDİ BU QƏDƏR DƏ DİLƏ-DİŞƏ DÜŞMƏZDİLƏR. BİZ MÖCÜZƏLƏR ÖLKƏSİNDƏ YAŞAYIRIQ AXI.

..şərhçilərə cavab 2018-01-08 16:39:11

Ay balam siz hansı biriniz onlar kimi tamatalıq edə bilərsiniz? Axı bunlar xalqın yox, hakimiyyətin təyin etdiyi adamlardır.Heç görmüsünüz ki, bunlar xalqın xeyrinə bir qanun qəbul ediblər?Yuxarıdan göstəriş olan kimi, əldən-ayaqdan gedirlər.Hələ biz təklif etməliyik ki,onların maaşını 5000 manat artırsınlar.

Veteran 2018-01-08 16:39:11

Camaatin maawi 8 manat artanda bunlarinki 800 artir

dadaşyev 2018-01-08 16:39:11

Bizdə ümumiyuyətlə Məclisə ehtiyac yoxdur.Nəyə görə onlar toplanırlar ora?Nə xəbərdi?Onsuz da bütün idarə-təşkilatlar,böyüyündən kiçiyinə qədər əllərini ağdan-qaraya vuran kimi car çəkirlər ki,bunu möhtərəm prezidentimizin tapşırığı əsasında elədik.Məclis,misalçün,"küçəni keçəndən tutun 30 manat alın" tipində qanun çıxarırsa,bunu DİN də qərar şəklində verə bilər.Belə qanunlar çıxarmaq üçün yumyumşaq kreslolara 125 adam təyin edib onlara illərlə 2000-3000 manat maaş vermək büdcəyə mənasız yük deyilmi?

dadaşyev 2018-01-08 16:39:11

davamı;Millətə bir iynə deşiyi qədər də xeyirləri dəyməyən deputatların sayı şadlıq saraylarındakı mənasız salatların sayından da çoxdu.Toy yiyəsi deyir a kişi,mənim toyumda o qədər salat olmasın ha stolun üstündə,heç kim yemir onları,25 toydan yeyilməyib qalan şeylərdi,bu toydan aparırsan,xolodilnikə qoyub o biri toyda gətirirsən yenə.Şadlıq sarayının sahibi deyir oaəə,istəməsən də gətirəjəm oaəə.Bunlar da elə.25 ildən qalanlardı,hər 4 ildən bir istəməsək də yenə gəlib otururlar məclis süfrəsində.

Köhnə 2018-01-08 16:39:11

Haram xoshunuz.

Ali 2018-01-08 16:39:11

HARAM YENƏ DƏ HARAM XOŞLARI OLSUM.RƏZİL GÜNƏ QOYDUQLARI XALQDAN HEÇ UTANMADIQLARI AR ELƏMƏDİKLƏRİ ORTADADİR...

Realist 2018-01-08 16:39:11

Məqaləyə ad qoyanda adam bir az fikirləşər.

Rzs 2018-01-08 16:39:11

Salam dostlar, sherh yazdm, dediler olmaz bele sherh. Hec mene lazm da deil.gedek yatag)))) hami satilib pula

Pensiyaçı 2018-01-08 16:39:11

Çox maraqlıdır. Maaşların artırılması barədə təklif MM-in ... deputatı olan Siyavuşdan gəldiyi bəllidir. Bəs bu kommentlərə Siyavuşun cavabı niyə görükmür.Siyavuş təklifinin nə dərəcədə yersiz verildiyini anlaya bilirmi? Milləti Allah belələrindən qorusun.

ARİF 2018-01-08 16:39:11

ƏKSİNƏ DEPUTATLARIN MAAŞLARINDAN KƏSİB KASIBLARIN MAAŞINI ARTIRMAQ LAZIMDIR.

Kəmalə 2018-01-08 16:39:11

Mən hesab edirəm ki,bütün günü bu zavallı millətin işıqlı gələcəyi uğrunda gecə-gündüz yorulmadan çalışan,seçiciləri ilə tez-tez görüşlər keçirərək onların sosial problemlərini anındaca həll edən və yorğunluqdan MM-in narahat kürsülərində yatan"millət vəkillərimizə"qarşı hörmətsizlikdi.Avroa ölkələrilə müqaisədə bizim deputatlara maddi və mənəvi kömək etmək hər bir azərbaycanlının borcudur.Gəlin zəhmətkeş deputatlarımıza dəstək olaq.Axı onlar bizə görə illərlə milli məclisin kürsülərinə yapışıb qalıblar)))

AZER 2018-01-08 16:39:11

ay millət vəkilləri bu xalqa bir az olsada ureyiniz yanirsa heç olmasa gəlir vergisini 500-700 manataqeder 12 faiz edin de .Allahdan qorxun

E.S 2018-01-08 16:39:11

Azerbaycan xalqı dözümlü xalqdır..UNUTMAYIN!!!

S.Ənvər qızı 2018-01-08 16:39:11

Şəki şəhərinin deputatı Yaqub Mahmudovu illərdir axtarıram sözümü deməyə,ancaq onu görmək mümçün deyil...Əgər o öz seçicisi ilə görüşmək istəmirsə,onda o kimə deputatlıq edir.....? Əsl deputat xalqın içində olmalıdır.

Arif 2018-01-08 16:39:11

KIV-ler yazirlar ki, Rusiyanin Mudafiye Nazirliyinin Bash Qerargah reisi Qerasimov Bakida NATO resmisi ile gorushecek, bu defe de Qerasimov ve Kreml Bakini sechibler. Azerbaycanda bezi "politoloqlar" bu barede chox BOSHBOQAZLIQ edirler ve Azerbaycani "oyunchu" adlandirirlar , LAKIN OZ XALQINDAN UTANMIRLAR. Rusiyanin "Qerasimov" - u HANSI YAXSHILIQLARI EDIB Daqliq QWarabaq probleminin helli uchun ? Bakida DARMAVOY YEYIB - ICHMEK , KEYF ETMEK UCHUN, Kreml BUTUN XERCLERI ATIB Bakinin ustune ?

dadaşyev 2018-01-08 16:39:11

S.Ənvər qızına.Ay xanım,molla Nəsrəddin birinə borc verir,vaxtı çatanda adam qaytarammır deyə qaçır bundan.Molla hayana gedirsə tapammır adamı.Axırda gedib qəbiristanlıqda oturur səhər-axşam.Camaat deyir noldu,daha əl çəkdinmi adamdan?Deyir yox,hayana getsə də hərlənib fırlanıb sonunda bura gətirməyəcəklərmi?İndi sən də get otur qəbiristanlıqda,səbirlə gözlə.Hayırlı gözləməklər.

hərbi pensiyaçı 2018-01-08 16:39:11

Haramları olsun! Bakının ən yüksək yerində oturublar onları ora seçən xalqa yuxarıdan aşağı həqarətlə baxırlar ki, xalq səfalətdə necə çabalayır. türkmənistanda minium əmək haqqı bizdəkindən 2 dəfə artıqdır. Ancaq danışanda biz onları beyenmirik.... Utanmadan xəcalət çəkmədən öz maaaşlarını minium əmək haqqının təxminən 14-15 misli qədərinə çatdırırlar. Hamısının da xalqdan oğurladıqları pulla tikilmiş zavod-fabrikləri var.

Mingəçevirli 2018-01-08 16:39:11

Mİlli Məclisə bir nəfr neçə dəfə seçilə bilər? Reqlament varmı?Mirzə-zadə neçənci dəfədir Mingəçevirdən zorla deputat olur.Özünün də bu dəfələrin heç birində Mingəçevir üçün bir qəpiklik iş görməyib.Mingəçevir seçiciləri onu yalnız ara bir televiziya ekranında görə bilir. Sual olunur: Mirzazadəni Mingəçevirdən necə deputat edirlər? Mirzazadə neçə dəfə eyni şəhərdən deputat olmalıdr? Bir məhdudiyyət varmı? Məgər Mingəçevirdə başqa layiqli şəxs tapılmır?

Son yazılar