FAZİL MƏMMƏDOVUN ŞƏMKİRDƏKİ BÖYÜK BİZNES İMPERİYASI - Fotolar + VİDEO

fazil memmedov məmmədov azpolitika info

Sabiq vergilər nazirinin rayonlardakı biznes imperiyası ilə bağlı yeni şok faktlar yayıldı:  200 “kitayski roza” istixanası, broyleri, zavodu...

Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılıb. Bildirilir ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil...

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası var. Nazirliyi dövründə xüsusilə özəl sektora təsir dairəsinin genişliyi Fazil Məmmədova böyük pullar əldə etməyə, özünə sərvət toplamağa imkan yaradıb.  Sahibkarlar kasıbladıqca Fazil Məmmədov məmur-oliqarx ranqına çatıb, biznesi də ölçüsüz corab kimi genişlənib. Onun Ukraynanın, Rusiyanın, Çexiyanın turistik zonalarından tutmuş Azərbaycanının dörd bir tərəfində biznes strukturları var. Almaniyada 2 fabrikinin olması xəbəri də mətbuatda illər əvvəl yazılıb.

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Şəmkirə səfərimiz zamanı qarşımıza çıxan biznes obyektlərindən hansına şəhadət barmağımızı tuşladıqsa, bələdçilərimizdən “Fazil Məmmədovundur” cavabını aldıq. Rayonun girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Sanki vergilər nazirindən savayı Şəmkirdə iş qura bilən bir iş adamı, sahibkar olmayıb. Tutan da, vuran da, alan da, satan da bir nəfər olub ki, adı da hər kəsə bəllidir.

Sabirkəndə axşam saatlarında çatmışdıq. Gördüklərimiz sanki bir nağıl idi. Yan yana 200-ə yaxın istixana düzülüb, hər birinin daxilindəki də işıq seli göz qamaşdırır. Sabiq nazirin kəndin girəcəyindəki istixanaları sanki Sabirkəndin çılçıraqlardır. Hər istixananın ölçüsü də çox nəhəngdir. Öyrənirik ki, Fazil Məmmədov bu istixanalarda əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırır.

Bakıda  “kitayski roza”nın ən ucuzu 2 manatdır. Fazil Məmmədovun istixanalarından ildə milyonlarla gül yığıldığı haqda da xəbər aldıq.

Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini 2005-ci ildə yaradıb. Sakinlər deyirlər ki, Fazil Məmmədov buranı qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib.

Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun nəzarətinə keçib. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb.

Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb.

Rayon sakinləri deyir ki, istirahət mərkəzi eks-nazirin əmisi oğlu Kamal Məmmədovundur. Rayon sakinləri deyir ki, Fazil Məmmədov vergilər naziri postunda olarkən  Şəmkirə böyük pullar yatırıb. Amma bu pullardan sadə şəmkirlilərə çatan çox az bir hissə olub. Əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun dağıdılmasını da dilə gətirdilər.

Fazil  Məmmədovun Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib.

Rayonda onu da öyrəndik ki, sabiq nazir təkcə bu rayonda deyil, eyni zamanda Gədəbəy rayonunda da saysız obyektlər əldə edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”ının bir parçasına çevrilib.

Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb.  Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Şəmkir və ətraf rayonlarda gəzdikcə Fazil Məmmədovun 17 ildən artıq  rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsinin, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrə yol verməsinin hansı maddi nemətlərin toplanmasına yol açdığına böyük bir qənaət formalaşır. Hansı ki, bu işləri xırda sahibkarlar görməli, işlərini böyütməli və dövlətə vergi ödəməli idilər.

Onları əvəzləyən Fazil Məmmədov özü varlanmaqla yanaşı sahibkarların qarşısında “çin səddi”nə çevirilib, ən əsası isə dövlət büdcəsinə milyonlarla, milyardlarla manat vergilər çatmayıb... (musavat.com)

635x100

Şərhlər

Cəmil 2018-01-08 13:07:36

Ay millət!Şəmkirə niyə geirsiniz,elə Bakının qulağının dibində bu oliqarxların nə qədər obyektləri,parnikləri və s. var.Bir dönün Bakı ətrafına diqqət edin,Buzovna,Zirə,Hövsan və s. yerlərdəki parniklər kimlərindir? Sadə vətəndaşın? Sadəcə özbaşınalıq,soy-ha-soy,mənimsəmə zamanıdır ki,bundan da deputatlar,yuxarılarda əlaqəsi anlar üçün firsətdir.Çünki hamısı belı işlərlə məşğul olduqlarından inzibati orqanlar susur.

XXX 2018-01-08 13:07:36

FAZİL MƏMMƏDOVUN ƏMLAKLARI SİYAHISINA QAKKILININ İŞLƏTDİYİ ŞƏMKİR ŞAMPAN ŞƏRABLARI ZAVODUNU DA ƏLAVƏ ETMƏSƏNİZ XƏTRİNƏ DƏYƏR.

Holms 2018-01-08 13:07:36

Ele fikir yurudursuz ki,guya Yaziq Fazil muellimde ele bir sey var ki, diger nazirlerde yoxdu. Ozumuzu o qeder de gulunc veziyyete qoymayaq. Hamida var, onda da var! Hamisi oqurlayib, o da oqurlayib. Hami tikib, o da tikib! Sadece Kisinin Torbasin tikibler! Indi elindekinin yarisin ( belke de hamisin) alacaqlar , buraxacaqlar. Bilirik ki, bu deqiqe yuxarilarda " Qurd ve quzu" temsilin tamasaya qoyublar!

Asim 2018-01-08 13:07:36

Belə çıxır ki, bu obyektlərin ölçüsü toyuq yumurtasından da kiçik olub. Ona görə yuxarılar bu həngaməni görməyiblər.Xahiş edirəm az sadəlöv olun.Bir başa düşün ki, xalqı qarət edən kimdir.

NİZAMİ QASİMOV 2018-01-08 13:07:36

TOVUZ RAYONUNDA KİMDƏN SORUSAN Kİ ARİFİN OĞLU RAUFU TANİYİRAN..... İNDİ DUNYANİN İSİNƏ BAX MƏN BU ARİFİN OĞLU İLƏ 2003 İLDƏ BR YERDƏ ZONDA OLMUSAM. ....RAUF SƏNƏ BU YARASMAZ BİLKİ BU SƏNƏ COX BAHA BASA GƏLƏR SƏMKİRLİLƏRDƏN UZAQ DUR. ...

QAZAN XAN 2018-01-08 13:07:36

Ölkədə bu kişilərin hərəsi 10-15 il çox nazir,deputat,İH başçısı, komitə sədri, rektor işləyirlər. Talan edirlər, biznez yaradırlar, milyonlarla ölçülən sərvət və kapital toplayırlar. Nəticəsi? Nəticəsi o olur ki, sonda vəzifədən çıxarılır və qulağı da,canı da dincəlir. Başlayır sakitcə milyonları ilə kef-damaqda yaşamağa. Millətə isə saytlarda boş, mənasız şərhlər yazmaqdan savayı bir şey qalmır.İndiyə qədər ölkəni,milləti talan edənlərin hansı birinin milyonları qəpiyinə qədər geri alınıb ki,millət?

Redaktor 2018-01-08 13:07:36

Fazil Məmmədov qədər kas digər rayonlardan olan vəzifəlilər diqqətli olardi. Elə ailə olmayib ki Fazil muəllim ona qayğisiz yanasib. İndi sual edirəm uzun illər olkənin aparici muxalifət yəni koməksi, yedəkdəki yap qəzetəsi olan Musavatin bas yazari Rauf əslən tavuzlulara hansi koməklik edib və ya nə etmək fikrindədir? Tavuzu hormətdən salan Rauf dusunur ki yazmaqla kiməsə sər atmaqla, ya da DİN-nin sifarisini yerinə yetirməklə omrunu basa vuracaq? Amma dusunmur ki... Tovuza həsrətdi.Niyə....

redaktor nizami qasimova 2018-01-08 13:07:36

seni niye dama qoymuwdular?

GUBALI ARIF 2018-01-08 13:07:36

fazil mamedov MENIM BUTUN HEJATIMI ALT UST ELEDIN VAR JOXUMU ELIMDEN ALDIN BIZNESIMI DAGITIB ELIMDEN ALDIN ALLAH SENIN JAVABINI VEREJEK ..... COX GOZLEMELI OLMAJACAGSAN GORUSHEJEJIK HOKMEN

Son yazılar